Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Xəbərlər


Azərbaycan və Xorvatiya arasında Birgə Komissiyanın ilk iclası keçirilib (28.11.2017)
Noyabrın 28-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında Birgə komissiyanın ilk iclası keçirilib. İclasda iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişə nail olunduğunu, əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradıldığını bildirib, gələcək əməkdaşlıq sahələrini genişləndirmək məqsədilə kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma və əczaçılıq sahələri üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. İclasın sonunda Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə    Ardı


Vergilər Nazirliyinin nümayəndə heyətinin Koreya Respublikasına səfəri (31.10.2017)
Cari ilin 15-31 oktyabr tarixlərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən Koreyada Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları üçün “Vergi inzibatçılığı təcrübəsi üzrə potensialın gücləndirilməsi-Koreya vergi sisteminin müqayisəli öyrənilməsi” mövzusunda təlim kursu təşkil olunmuşdur. Təlim kursunda Vergilər Nazirliyinin 25 əməkdaşı iştirak etmişdir. Ardı


Vergilər Nazirliyinin nümayəndə heyətinin Litva Respublikasına səfəri (28.10.2017)
Oktyabrın 27-də vergilər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak məqsədilə Litvanın paytaxtı Vilnüs şəhərində səfərdə olmuşdur. Ardı


“Vergi saxtakarlığının aşkarlanmasında məlumat təhlilindən istifadə” mövzusunda seminar keçirilmişdir (22.10.2017)
Cari ilin 20-22 oktyabr tarixlərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) dəstəyi ilə Avstriyada “Vergi saxtakarlığının aşkarlanmasında məlumat təhlilindən istifadə” mövzusunda seminar keçirilmişdir. İclasda Avropanın və Asiyanın 25 ölkəsindən olan vergi administrasiyalarının nümayəndələri iştirak etmişdirlər. Ardı


Polşa Respublikasına təlim səfəri təşkil edilmişdir (15.10.2017)
Cari ilin 23-25 oktyabr tarixlərində Vergilər Nazirliyinin nümayəndə heyəti Polşa Respublikasına səfər etmişdir. Səfərin əsas məqsədi Polşa Maliyyə Nazirliyinin Milli Gəlirlər Administrasiyasının Gömrük və Vergi Akademiyasının fəaliyyəti və insan resurslarının idarə edilməsi sahəsində mövcud təcrübə ilə tanışlıq olmuşdur. Ardı


Vergilər Nazirliyinin nümayəndəsi İşçi qrupun iclasında iştirak etmişdir (01.10.2017)
Cari ilin 26 sentyabr - 1 oktyabr tarixlərində Fransa Respublikasının paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkilatçılığı ilə “Vergi bazasının aşınması və mənfəətin köçürülməsinin (BEPS) qarşısının alınması ilə bağlı Çoxtərəfli Konvensiya” üzrə yaradılmış xüsusi İşçi qrupunun iclası keçirilmişdir. Tədbirdə Vergilər Nazirliyindən Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Beynəlxalq əməkdaşlıq idarəsinin Beynəlxalq təcrübələr və innovasiyalar şöbəsinin böyük dövlət vergi müfəttişi Elkin Məmmədov iştirak etmişdir.   Ardı


Belçikada Avropa İttifaqı ilə danışıqların növbəti raundu keçirilmişdir (27.09.2017)
Cari ilin 27-29 sentyabr tarixlərində Belçika Krallığının Brüssel şəhərində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin 15-ci iclası və Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqların növbəti raundu keçirilmişdir. Sözügedən tədbirlərdə Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Beynəlxalq əməkdaşlıq idarəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri  Fərid Hacıyev iştirak etmişdir. Ardı


MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 24-cü iclası keçirilib (09.09.2017)
Vergilər nazirinin müavini Sahib Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 8 sentyabr tarixlərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 24-cü iclası, eləcə də həmin iclasa hazırlıq məqsədilə 6-7 sentyabr  tarixlərində keçirilmiş ekspertlərin iclasında iştirak etmək məqsədilə  Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfər etmişdir. Ardı


Vergilər Nazirliyinin əməkdaşı Yaponiyada keçirilən Seminarda 1-ci yerə layiq görülmüşdür. (31.08.2017)
Cari ilin 4-31 avqust tarixlərində Tokio şəhərində “2017-ci ildə Mərkəzi Asiya və Qafqaz ölkələri üçün Yay Seminarı” keçirilmişdir. Seminar-təlimdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Ermənistan da daxil olmaqla 20 nəfər iştirak etmişdir. Ardı


“Vergi məqsədləri üçün beynəlxalq məlumat mübadiləsi” mövzusunda seminar keçirilmişdir (04.07.2017)
Cari ilin 4-6 iyul tarixlərində, Rusiya Federasiyasının Federal Vergi Xidməti və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) təşkilatçılığı ilə Moskva şəhərində “Vergi məqsədləri üçün beynəlxalq məlumat mübadiləsi” mövzusunda seminar keçirilmişdir. Ardı


Nümayəndə heyətinin Fransa və İspaniya səfəri (26.06.2017)
Vergilər Nazirliyinin nümayəndə heyəti 11- 26.06.2017-ci il tarixlərində “Resurslardan optimal istifadə edilməsi və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində təcrübə mübadiləsi məqsədilə Fransa Respublikası və İspaniya Krallığında səfərdə olmuşdur. Ardı


“Elektron xidmətlərdə və elektron ticarətdə dolayı vergilərin tətbiqi” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir (23.06.2017)
Cari ilin 23 iyun tarixində Minsk şəhərində “Elektron xidmətlərdə və elektron ticarətdə dolayı vergilərin tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Ardı


Lissabon şəhərində “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” keçirilmişdir (02.06.2017)
Cari ilin 31 may-2 iyun tarixlərində Lissabon şəhərində Portuqaliya Vergi və Gömrük Orqanının dəstəyi ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” keçirilmişdir. Ardı


Vergilər Nazirliyinin nümayəndə heyətinin Çinə səfəri (16.05.2017)
Vergilər nazirliyinin nümayəndə heyəti cari ilin 26 aprel-16 may tarixlərində təcrübə mübadiləsinin aparılması məqsədilə Pekin şəhərində keçirilən “İnkişaf etməkdə olan ölkələr üçün vergi statistikası sistemi” mövzusuna həsr olunmuş seminarda iştirak etmişdir. Ardı


Ankara şəhərində “Transfer qiymətləndirmə üzrə mübahisələrin həlli” mövzusunda seminar keçirilmişdir (12.05.2017)
8-12 may 2017-ci il tarixlərində OECD-nin Ankara şəhərindəki Çoxtərəfli Vergi Mərkəzində “Transfer qiymətləndirmə üzrə mübahisələrin həlli” mövzusunda seminar keçirilmişdir. Seminarda 12 ölkədən 29 nümayəndə iştirak etmişdir. Ardı




 1  2  3  4  5  6  7  8  9  10  11 >>


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.