Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Polşa Respublikasına təlim səfəri təşkil edilmişdir

15.10.2017

Cari ilin 23-25 oktyabr tarixlərində Vergilər Nazirliyinin nümayəndə heyəti Polşa Respublikasına səfər etmişdir. Səfərin əsas məqsədi Polşa Maliyyə Nazirliyinin Milli Gəlirlər Administrasiyasının Gömrük və Vergi Akademiyasının fəaliyyəti və insan resurslarının idarə edilməsi sahəsində mövcud təcrübə ilə tanışlıq olmuşdur.

Səfərin birinci günü nümayəndə heyətinə Vergi və Gömrük Akademiyasında təlim kurslarının təşkili prinsipləri, Atena2 e-tədris sistemi, eləcədə təlimlərin (treyninqlərin) kateqoriyaları barədə geniş məlumat verilmişdir.

Səfərin növbəti günlərində müxtəlif mövzularda təqdimatlar nümayiş etdirilmiş və təqdimatlar ətrafında müzakirələr aparılmışdır. Müzakirələr Gömrük və Vergi nəzarəti xidməti üzrə kvalifikasiya proseduru, dövri qiymətləndirmə,  Gömrük və Vergi nəzarəti qulluqçularının işə götürülməsi, Dövlət qulluğunda İnsan resursları siyasəti üzrə əsasnamə, işəgötürən kimi Milli Gəlir Administrasiyasının rəhbərinin əsas vəzifələri, Milli Gəlir Administrasiyasının şöbələrində insan resursları siyasətinin icrası ilə bağlı mövzuları əhatə etmişdir. 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.