Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
“Vergi saxtakarlığının aşkarlanmasında məlumat təhlilindən istifadə” mövzusunda seminar keçirilmişdir

22.10.2017

Cari ilin 20-22 oktyabr tarixlərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) dəstəyi ilə Avstriyada “Vergi saxtakarlığının aşkarlanmasında məlumat təhlilindən istifadə” mövzusunda seminar keçirilmişdir. İclasda Avropanın və Asiyanın 25 ölkəsindən olan vergi administrasiyalarının nümayəndələri iştirak etmişdirlər.

Tədbirdə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin əməkdaşı İlqar Xəlilov iştirak etmişdir.

Tədbirin ilk günündə “Qeyri qanuni məşğulluğun müəyyən edilməsi”, “Əmək haqqı auditinin qiymətləndirilməsi”, “Məlumat modelləşdirilməsi vasitəsi ilə sosial fırıldaqçıların müəyyən edilməsi” mövzularında təqdimatlar dinlənilmiş, vergi orqanlarından bu sahələrdə tələb edilən vergi inzibatçılığı, çeviklik və effektivlik barədə müzakirələr aparılmışdır.

Tədbirin 2-ci və 3-cü günü əsasən vergi fırıldaqçılığının (o cümlədən ƏDV fırıldaqçılığının) qarşısının alınmasına dair əldə edilmiş məlumatların təhlili, yeni model                 və alətlərdən istifadə edilməsi, araşdırma aparan müstəntiqlə məlumat mübadiləsinin aparılması kimi məsələlərə həsr edilmiş, qeyd edilən mövzularda təqdimatlar nümayiş edilmişdir.

Seminarda Vergilər Nazirliyinin nümayəndəsi də “Vergi fırıldaqçılığı” mövzusunda çıxış etmiş, ölkəmizin təcrübəsi barədə sualları cavablandırmışdır. 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.