Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Vergilər Nazirliyinin nümayəndə heyətinin Koreya Respublikasına səfəri

31.10.2017

Cari ilin 15-31 oktyabr tarixlərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən Koreyada Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları üçün “Vergi inzibatçılığı təcrübəsi üzrə potensialın gücləndirilməsi-Koreya vergi sisteminin müqayisəli öyrənilməsi” mövzusunda təlim kursu təşkil olunmuşdur. Təlim kursunda Vergilər Nazirliyinin 25 əməkdaşı iştirak etmişdir.

  Təlim proqramı çərçivəsində Milli Vergi Xidmətinin əməkdaşları tərəfindən Koreya Respublikasının Milli Vergi Xidmətinin təşkili və fəaliyyəti haqqında , o cümlədən “Transfer qiymətləri”, “Koreyanın ƏDV sistemi”, “Elektron faktura sistemi”, “Nağd vəsaitin çıxarılması sistemi”, “Hometax sistemi”, “NTİS sistemi”, “Məlumat mübadiləsi”, “Xarici şirkətlərin vergi inzibatçılığı”, “Fiziki şəxslərin gəlir vergisi”, “İnsan resursları sistemi”, “Vergi ödəyicisinin müdafiəsi (vəkillik) sistemi” haqqında təqdimatlar nümayiş etdirilmiş, bu mövzular ətrafında Azərbaycan Respublikası və Koreya Respublikasının vergi sisteminin müvafiq sahələri arasında müqayisəli təhlil aparılmışdır. 

  Təlim proqramının əsas şərtlərindən biri olan ölkə üzrə arayışa dair Vergilər Nazirliyinin nümayəndə heyəti tərəfindən 8 müxtəlif mövzuda təqdimatlar hazırlanmışdır. Təlim proqramı çərçivəsində nümayəndə heyətinin üzvləri tərəfindən  KOICA ilə Vergilər Nazirliyi tərəfindən birgə həyata keçirilməsi təklif edilən 3 layihə təklifi hazırlanmış və təlim proqramının son günü həmin layihə təkliflərinə dair təqdimatlar nümayiş etdirilmişdir.  

  Həmçinin, proqram çərçivəsində Vergilər Nazirliyinin nümayəndə heyəti Koreya Milli Vergi Xidmətinin inzibati binasında yerləşən Vergi Muzeyini ziyarət etmişdir.  

  Proqramın sonunda Vergilər Nazirliyinin nümayəndə heyətinin üzvləri təlim proqramını müvəffəqiyyətlə bitirdiklərinə dair KOİCA və Koreya Milli Vergi Xidmətinin birgə sertifikatı ilə təltif edilmişdirlər.  






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.