Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Vergilər Nazirliyinin nümayəndəsi İşçi qrupun iclasında iştirak etmişdir

01.10.2017

Cari ilin 26 sentyabr - 1 oktyabr tarixlərində Fransa Respublikasının paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkilatçılığı ilə “Vergi bazasının aşınması və mənfəətin köçürülməsinin (BEPS) qarşısının alınması ilə bağlı Çoxtərəfli Konvensiya” üzrə yaradılmış xüsusi İşçi qrupunun iclası keçirilmişdir. Tədbirdə Vergilər Nazirliyindən Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Beynəlxalq əməkdaşlıq idarəsinin Beynəlxalq təcrübələr və innovasiyalar şöbəsinin böyük dövlət vergi müfəttişi Elkin Məmmədov iştirak etmişdir.  

İclasda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mütəxəssisləri tərəfindən “Çoxtərəfli Konvensiyanın məqsədi və yurisdiksiyalar üçün faydası”, “Çoxtərəfli Konvensiyanın funksiyaları”, “Çoxtərəfli Konvensiyanı imzalamaq istəyən ölkələrin atacağı addımlar”, “Ölkələr tərəfindən bəyanatların və bildirişlərin verilməsi”, “Çoxtərəfli Konvensiyanı imzalamaq istəyən ölkələrə dəstək”, “Çoxtərəfli Konvensiyanın tətbiqi”, “Çoxtərəfli Konvensiyanın ratifikasiya edilməsi” və “Arbitraj prosedurları” mövzularında təqdimatlar edilmişdir. 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.