Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 24-cü iclası keçirilib

09.09.2017

Vergilər nazirinin müavini Sahib Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 8 sentyabr tarixlərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 24-cü iclası, eləcə də həmin iclasa hazırlıq məqsədilə 6-7 sentyabr  tarixlərində keçirilmiş ekspertlərin iclasında iştirak etmək məqsədilə  Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfər etmişdir.

İclasda Koordinasiya Şurasının üzvü olan Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan Respublikalarının və Rusiya Federasiyasının nümayəndə heyətləri, həmçinin MDB-nin İcraiyyə Komitəsi və MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının  Baza Təşkilatı qismində çıxış edən Rusiya Federasiyasının Hökuməti yanında Maliyyə Unuversitetinin nümayəndələri iştirak etmişdir. 

İclas zamanı MDB iştirakçısı olan dövlətlərin maliyyə və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqəsinə dair aktual məsələlər nəzərdən keçirilmişdir. İştirakçılar elektron ticarətin vergi inzibatçılığı və vergi ödəyiciləri ilə iş üzrə tətbiqi metodlara dair təcrübə mübadiləsi aparmış, MDB iştirakçısı olan dövlətlərin vergi qanunvericiliyində 2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişiklikləri müzakirə etmişlər.  

İclas zamanı, həmçinin  Koordinasiya Şurasının XXIII iclasında qəbul edilmiş qərarların və 2016-2017-ci illər üzrə İş planının yerinə yetirilməsi, iştirakçı dövlətlərin vergi orqanları arasında elektron məlumat mübadiləsinə dair Protokol layihəsi, MDB iştirakçısı  olan dövlətlərin baza təşkilatlarının fəaliyyəti, eləcə də Koordinasiya Şurasının yeni sədrinin seçilməsi, Şuranın yeni emblemi və növbəti dövr üçün iş planı müzakirə edilmiş, qeyd edilən məsələlər dair qərarlar qəbul edilmiş, eləcə də “Elektron ticarətin vergi inzibatçılığı” təcrübəsinə dair təqdimatlar dinlənilmişdir.

   Daha sonra prosedur məsələləri müzakirəyə çıxarılmış, “Rəqəmsal iqtisadiyyat dövründə vergi inzibatçılığı” mövzusu növbəti XXV iclasın əsas mövzusu kimi müəyyən edilmiş,  Koordinasiya Şurasının 2017-2018-ci illər üzrə iş planı təsdiq edilmiş və iclasın yekun protokolu imzalanmışdır.

İclas zamanı bir sıra dövlətlərin vergi orqanlarının rəhbərləri və ekspertləri ilə ikitərəfli görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlığa dair müxtəlif məsələlər müzakirə edilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.