Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Vergilər Nazirliyinin əməkdaşı Yaponiyada keçirilən Seminarda 1-ci yerə layiq görülmüşdür.

31.08.2017

Cari ilin 4-31 avqust tarixlərində Tokio şəhərində “2017-ci ildə Mərkəzi Asiya və Qafqaz ölkələri üçün Yay Seminarı” keçirilmişdir. Seminar-təlimdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Ermənistan da daxil olmaqla 20 nəfər iştirak etmişdir.

Region dövlətlərinin maliyyə qurumları arasında yaxın əməkdaşlığın təşviq edilməsi, vergi inzibatçılığı sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və mübadiləsi kimi müstəsna əhəmiyyəti olan seminarda Vergilər Nazirliyindən Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin əməkdaşları Ceyhun İsmayılov və Orxan Baxşıyev iştirak etmişdir.

   Təlim müddətində “Yaponiya müharibəsindən sonra iqtisadi artım”, “Bazar iqtisadiyyatının prinsipləri”, “Yaponiya maliyyə bazarlarının idarə edilməsi”, “Yaponiya və Asiyanın maliyyə və pul sistemi”, “Yaponiya vergi siyasəti və son islahatlar”, “Vergi siyasətinin idarə edilməsi” mövzuları ətrafında araşdırmalar aparılmışdır. 

Seminarın tələblərinə əsasən təlim müddətində maliyyə və vergi mövzularında kiçik həcmli elmi-tədqiqat işi yazıb təqdimatla çıxış etməli olan iştirakçılar  mövzular üzrə qruplara bölünmüş və hər qrupa bir professor təhkim edilmişdir.

   Sonda iştirakçıların müxtəlif mövzularda fərdi qaydada yazdıqları elmi-tədqiqat işləri Maliyyə Nazirliyinin Dövlət Tədqiqatlar İnstitutuna təqdim edilmiş, iştirakçıların kurs müddətində fəaliyyəti və elmi-tədqiqat işləri professor heyəti tərəfindən qiymətləndirilərək “ən yaxşı iştirakçı seçilmişdir.  “Yay Seminarı”nın müxtəlif ölkələrdən olan 20 iştirakçısı arasından Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Beynəlxalq əməkdaşlıq idarəsinin Beynəlxalq vergitutma şöbəsinin baş dövlət vergi müfəttişi İsmayılov Ceyhun Azər oğlu “Beynəlxalq vergitutma: Azərbaycanda transfer qiymətləri üzrə vergitutma” mövzusu üzrə “best participant” statusu ilə 1-ci yerə layiq görülmüşdür.

 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.