Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
“Vergi məqsədləri üçün beynəlxalq məlumat mübadiləsi” mövzusunda seminar keçirilmişdir

04.07.2017

Cari ilin 4-6 iyul tarixlərində, Rusiya Federasiyasının Federal Vergi Xidməti və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) təşkilatçılığı ilə Moskva şəhərində “Vergi məqsədləri üçün beynəlxalq məlumat mübadiləsi” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Maliyyə institutlarında vergi monitorinqi idarəsinin direktor müavini Vüsal Şıxəliyev iştirak etmişdir.

Seminar zamanı sorğu əsasında məlumat mübadiləsinin əsas prinsipləri və praktiki aspektləri, şəffaflıq və məlumat mübadiləsi sahəsində son dəyişikliklər, məlumat mübadiləsi üzrə məhkəmə praktikası, məxfilik və məlumatların açıqlanması, “gözlənilən əhəmiyyət” Konsepsiyası kimi məsələlər ətrafında müzakirələr aparılmış, həmçinin sorğu əsasında məlumat mübadiləsinin həyata keçirilməsi üzrə praktik misallar əsasında Sorğu formaları hazırlanmış, məlumat mübadiləsi aparılan zaman yol verilən xətalara diqqət yönəldilmiş və bu xətaların aradan qaldırılması imkanları barədə təkliflər və tövsiyələr verilmişdir. 

Seminar zamanı İƏİT və Rusiya Federal Vergi Xidmətinin ekspertləri tərəfindən Şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum, Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında Konvensiya, eləcə də Rusiyada məlumat mübadiləsinin təşkili, statistikası və praktiki problemləri barədə təqdimatlar edilmişdir.

Tədbirdə həmçinin avtomatik və spontan məlumat mübadiləsi formaları haqqında ətraflı məlumat verilmişdir. Hazırki dövrdə, avtomatik məlumat mübadiləsi sahəsində əldə olunan yeniliklər, xüsusilə Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi sahəsində əldə olunmuş nailiyyətlər və gözləntilər seminar iştirakçılarının nəzərinə çatdırılmışdır. 

Seminarın son günündə, Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının beynəlxalq əməkdaşlıq və vergi ödəyiciləri ilə iş üzrə İşçi qrupunun təsis iclası keçirilmişdir. İclasda işçi qrupun fəaliyyət istiqamətlərinə uyğun əməkdaşlıq imkanları, işçi qrupunun əsasnaməsinin yekun variantı və onunla bağlı verilən müvafiq təkliflər və əməkdaşlıq imkanları geniş müzakirə edilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.