Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
“Elektron xidmətlərdə və elektron ticarətdə dolayı vergilərin tətbiqi” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

23.06.2017

Cari ilin 23 iyun tarixində Minsk şəhərində “Elektron xidmətlərdə və elektron ticarətdə dolayı vergilərin tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Tədbirdə Vergi risklərinin təhlili və nəzarəti departamentinin, İnformasiya təchizatı və elektron ticarətə nəzarət idarəsinin direktoru Elnur Qəhrəmanov iştirak etmişdir.

Avrasiya İqtisadi Komissiyasını təmsil edən nümayəndə tərəfindən Avrasiya İqtisadi Birliyində vergi ödəyicilərinin, müxtəlif sahələrdə bizneslərin və virtual dünyanın vahid iqtisadi məkan çərçivəsində birləşməsi, rəqəmsal iqtisadiyyatda mümkün çağırışlar, elektron ticarətdə vergitutma və bununla bağlı yeni idarəçilik, müxtəlif üzv ölkələrdə elektron ticarətin vəziyyəti barədə məlumatları özündə əks etdirən təqdimat keçirilmişdir.

Konfrans zamanı digər bir maraqlı təqdimat isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndəsi tərəfindən edilmişdir. Nümayəndə tərəfindən İƏİT-in “Beynəlxalq ƏDV/Satış vergisi Təlimatı”na əsasən xidmətləri və maddi ifadəsi olmayan məhsulları elektron ticarət qaydasında ölkələrarası alqı-satqı əməliyyatları üzrə vergiləndirəcək yurisdiksiyaların müəyyən edilməsi üsulları barədə məlumat verilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.