Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Nümayəndə heyətinin Fransa və İspaniya səfəri

26.06.2017

Vergilər Nazirliyinin nümayəndə heyəti 11- 26.06.2017-ci il tarixlərində “Resurslardan optimal istifadə edilməsi və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində təcrübə mübadiləsi məqsədilə Fransa Respublikası və İspaniya Krallığında səfərdə olmuşdur.

Səfərin 1-ci və 2-ci günləri Vergilər Nazirliyinin nümayəndə heyətinə Fransa Respublikasının İqtisadiyyat, Maliyyə, Dövlət Hesabları və Əməliyyatları Nazirliyinin nəzdində fəaliyyət göstərən Baş Maliyyə Direktoratlığının fəaliyyəti və Fransa Respublikasının Vergi administrasiyası tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin təşkili barədə təqdimatlar nümayiş etdirilmişdir.

Səfər çərçivəsində nümayəndə heyəti Vergi ödəyicilərinə xidmət Direktoratlığı, İri vergi ödəyiciləri ilə İş Direktoratlığı, İvelin departamenti üzrə Lokal Maliyyə Direktoratlığı və Lil şəhərində yerləşən respublika səviyyəli 3 əlaqə mərkəzindən birini ziyarət etmiş və bu qurumların strukturu və fəaliyyəti ilə tanış olmuşdur. Nümayəndə heyətinə vergi ödəyicilərinə göstərilən xidmətlər və onlara nəzarət mexanizmi əyani nümayiş etdirilmişdir.

 İspaniya Krallığına səfər zamanı Vergilər Nazirliyinin nümayəndə heyətinə İspaniya Krallığının Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Vergi Xidməti Dövlət Agentliyinin Vergi İdarəetməsi Departamenti tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlər, onların təşkilində əsas yanaşmalar, Planlaşdırma və İnstitusional Münasibətlər Xidməti tərəfindən könüllü əməletmənin ölçülməsində ümumi yanaşma, İnformasiya texnologiyaları idarəsi ilə Koordinasiya idarəsi tərəfindən iş prosesinin təşkili, Baş Daxili Audit və Kadastr Baş Direktoratlığı tərəfindən daxili audit, o cümlədən kadastr xidmətləri və bu sahədə istifadə olunan informasiya sistemi barədə təqdimatlar nümayiş etdirilmişdir.

Səfər zamanı böyük maraq doğuran məsələlərdən biri də Kadastr Baş Direktoratlığı tərəfindən tətbiq olunan EFQM idarəetmə modeli olmuşdur. Bu modelin tətbiq edilməsi barədə Kadastr Baş Direktoratlığı tərəfindən ümumi təqdimat keçirilmişdir.

Səfərin 3-cü və 4-cü günləri İspaniya Vergi Administrasiyasının Sevilya şəhərində yerləşən Regional Direktoratlığı, daimi əsaslarla fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzi və bəyannamə təqdim etmə kampaniyası zamanı yaradılan vergi ödəyicilərinə xidmət məntəqəsi ziyarət edilmişdir. Bu qurumlarda vergi ödəyicilərinin qəbulu, onlara xidmətlərin göstərilməsi prosesi, proqnozlaşdırma və nəzarət mexanizmi ilə əyani tanışlıq imkanı əldə edilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.