Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Ankara şəhərində “Transfer qiymətləndirmə üzrə mübahisələrin həlli” mövzusunda seminar keçirilmişdir

12.05.2017

8-12 may 2017-ci il tarixlərində OECD-nin Ankara şəhərindəki Çoxtərəfli Vergi Mərkəzində “Transfer qiymətləndirmə üzrə mübahisələrin həlli” mövzusunda seminar keçirilmişdir. Seminarda 12 ölkədən 29 nümayəndə iştirak etmişdir.

Vergilər Nazirliyindən tədbirdə Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin əməkdaşı Emil Həsənov iştirak etmişdir.

Təqdimatlar, ekspert müzakirələri və debat formasında keçirilmiş  seminar əsasən vergi mübahisələrinin həlli və qarşısının alınması üzrə mexanizmlərin anlaşılması, transfer qiymətlərinin tənzimlənməsi zamanı ikiqat vergitutmanın aradan qaldırılması və qarşısının alınması üçün mövqelərin müzakirəsi (xüsusilə, OECD Model Vergi Konvensiyası, OECD Effektiv Qarşılıqlı Razılaşma Prosedurları üzrə Təlimat (MEMAP), OECD Transfer Qiymətləndirilməsi Qaydaları) və mübahisələrin həlli və qarşısının alınması üzrə təcrübə mübadiləsi məsələlərinə həsr edilmişdir.

Seminar zamanı həmçinin transfer qiymətlərinin tənzimlənməsi zamanı ikiqat vergitutma halları nümunələrlə izah edilmiş, sonrakı təqdimatlarla mübahisələrin birtərəfli, ikitərəfli                və çoxtərəfli həlli müxanizmləri izah edilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.