Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Vergilər Nazirliyinin nümayəndə heyətinin Çinə səfəri

16.05.2017

Vergilər nazirliyinin nümayəndə heyəti cari ilin 26 aprel-16 may tarixlərində təcrübə mübadiləsinin aparılması məqsədilə Pekin şəhərində keçirilən “İnkişaf etməkdə olan ölkələr üçün vergi statistikası sistemi” mövzusuna həsr olunmuş seminarda iştirak etmişdir.

Seminar çərçivəsində “Çinə ümumi baxış”, “Çində biznes statistikasının əsasları”, “Vergi statistikasına baxış və təhlil”, “Çində vergi statistika sisteminin inkişafı”, “Vergi ödəyiciləri tərəfindən e-gəlir məqsədi üçün tətbiq edilən mühasibat uçotunun idarə edilməsi”, “Qanunlar və vergi statistika sisteminin tənzimlənməsi”, “Vergi statistikasının təhlükəsizliyi və şəbəkə sistemi” və “E-gəlirin idarəedilməsi” mövzularında təlimlər tədris olunmuşdur. Eyni zamanda, tədris edilən mövzular barədə seminar iştirakçıları öz ölkələrində mövcud olan təcrübələrini bölüşmüş və qarşılaşdıqları problemlər barədə məlumatlar vermişlər.

Tədbir zamanı həmçinin Çin Xalq Respublikasının Anhui vilayətinin Hefei şəhərində yerləşən Vergi administrasiyasına və Vuhu şəhərində yerləşən Çin şirkətinə işgüzar səfər təşkil edilmiş, sahibkarlar və dövlət rəsmiləri ilə məlumat mübadiləsi aparılmışdır.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.