Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Lissabon şəhərində “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” keçirilmişdir

02.06.2017

Cari ilin 31 may-2 iyun tarixlərində Lissabon şəhərində Portuqaliya Vergi və Gömrük Orqanının dəstəyi ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” keçirilmişdir.

Tədbirdə, təşkilata üzv ölkələrdən 57 nümayəndə ilə yanaşı, Kanada Gəlirlər Agentliyinin və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri də fəxri qonaq qismində iştirak etmişlər.

Verilər Nazirliyini tədbirdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin əməkdaşı Tural Babayev təmsil etmişdir.

Forumun keçirilməsində əsas məqsəd vergi orqanı əməkdaşlarının təlim və inkişafı sahəsində ən yaxşı təcrübələrin müəyyənləşdirilməsi məqsədilə İOTA üzv ölkələri arasında bilik və təcrübələrin mübadiləsi olmuşdur. İOTA-nın təşkil etdiyi digər tədbirlərdən fərqli olaraq “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” spesifik mövzunu deyil, ümumilikdə vergi administrasiyasının fəaliyyətinin müxtəlif sahələrini əhatə etmişdir.

Forumun əsas hədəfi xarici və daxili faktorların vergi orqanında islahatların aparılmasına və əməkdaşların inkişaf ehtiyaclarına təsirinin anlaşılmasına yönəlmişdir.

Forum zamanı “Bacarıqların qiymətləndirilməsi və təlim proseslərinə inteqrasiyası”; “Elektronlaşmanın və təşkilati strategiyadakı dəyişikliklərin təlim və inkişaf proseslərinə təsiri” mövzuları ətrafında geniş müzakirələr aparılmışdır.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.