Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Vergilər Nazirliyinin nümayəndə heyətinin İspaniya Krallığına səfəri

18.11.2016

Cari ilin 14 -18 noyabr tarixlərində Vergilər Nazirliyinin nümayəndə heyəti  “İnsan resursları və təlim-tədris” mövzusunda təcrübə mübadiləsi məqsədilə Madrid şəhərində səfərdə olmuşlar.

Səfərin əsas məqsədi vergi orqanlarında insan resurslarının inkişafı, xüsusi ilə təlim-tədris proseslərinin təşkili və həyata keçirilməsi sahəsində İspaniya Krallığının təcrübəsinin öyrənilməsi olmuşdur.

Tədbir çərçivəsində İspaniya Krallığının Maliyyə Nazirliyi yanında Vergi Agentliyinin və Maliyyə Nazirliyinin Fiskal Tədqiqatlar İnstitutunun rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirilmişdir. Görüşlər fikir və təcrübə mübadiləsi şəklində aparılmış, nümayəndə heyəti tərəfindən müvafiq sahələrdə Azərbaycan təcrübəsi də ispan həmkarların diqqətinə çatdırılmışdır.

Səfər çərçivəsində Vergilər Nazirliyinin nümayəndə heyətinə ərazi vergi orqanları arasında iş bölgüsünün aparılması meyarları, təlim tələbatlarının müəyyən edilməsi prosedurları, təlim növləri və onların xüsusiyyətləri, təlim kurslarının tədris-mövzu planları, təlim proseslərinin elektron idarə edilməsi sistemi və təlimlərin qiymətləndirilməsi, eləcə də təlimçilərin motivasiyası və s məsələlərə dair məlumatlar təqdim edilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.