Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Kiçik və orta sahibkarlıq subyektlərinin vergi əməletməsinin ölçülməsimövzusunda seminar keçirilmişdir

10.02.2017

8-10 fevral 2017-ci il tarixlərində Budapeştdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “Kiçik və orta sahibkarlıq subyektlərinin vergi əməletməsinin ölçülməsi” mövzusunda seminar keçirilmişdir. İclasda 23 ölkənin vergi administrasiyaları, audit və mühasibatlıq təşkilatlarının nümayəndələri iştirak etmişdirlər.

Vergilər Nazirliyindən tədbirdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşı Əhməd Əhmədov iştirak etmişdir.

Tədbirin ilk günündə Avstriya nümayəndəsinin “Avstriyada vergi ödəyicilərinin davranışına təsir edən tədbirlər”, Sloveniya nümayəndəsinin “bəyanetmə səviyyəsinin ölçülməsi sahəsində nümunələr” mövzularında məlumatları təqdim edilmiş və qrup daxili müzakirələr keçirilmişdir.  

Tədbirin 2-ci günü əsasən əməletməyə yanaşmalar, əməletmə səviyyəsinin ölçülməsi, kiçik və orta sahibkarlarda əməletmə səviyyəsinin ölçülməsinin tətbiqi  kimi məsələlərə həsr edilmiş və qeyd olunan mövzularda təqdimatlar olmuşdur.

“Avropa Komissiyası tərəfindən vergi əməletməsinə yanaşma” və “kiçik və orta sahibkarlıq”, vergi anlayışının və vergitutmanın gələcəyi kimi məsələlərə həsr olunmuş müzakirələr tədbirin 3-cü gününün gündəliyini təşkil etmiş, qeyd olunan mövzularda PWC, ACCA və Avropa Komissiyasının nümayəndələri tərəfindən təqdimatlar nümayiş etdirilmiş və açıq müzakirələr aparılmışdır.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.