Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Vergilər Nazirliyinin nümayəndə heyətinin Malayziyaya səfəri

18.11.2016

Cari ilin 14-18 noyabr tarixlərində Malayziyanın Putracaya şəhərində “Azərbaycan Respublikası Hökuməti və Malayziya Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” layihəsi üzrə ekspertlər səviyyəsində növbəti danışıqlar keçirilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyindən görüşdə Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin əməkdaşları  İlqar Əkbərli və Ceyhun İsmayılov iştirak etmişlər.

Qeyd edək ki, Konvensiya layihəsi üzrə ekspertlər səviyyəsində danışıqların birinci mərhələsi 2014-cü ilin 17-19 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş, həmin mərhələdə razılıq əldə edilməsi mümkün olmayan müddəaların müzakirə edilməsi və layihənin ekspertlər səviyyəsində razılaşdırılması məqsədilə işlər davam etdirilərək, Putracaya şəhərində dostluq və qarşılıqlı anlaşma şəraitində keçirilən növbəti danışıqlar zamanı Saziş layihəsinin əsasən bütün müddəaları üzrə ekspertlər səviyyəsində razılıq əldə edilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.