Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Ankarada İƏT-ə üzv dövlətlərin qeydiyyat orqanlarının əməkdaşlıq üzrə İkinci Seminarı keçirilmişdir

17.11.2016

Cari ilin 15-17 noyabr tarixlərində Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv dövlətlərin qeydiyyat orqanları arasında əməkdaşlıq və məlumat mübadiləsi üzrə İkinci Seminarı keçirilmişdir.  

Vergilər Nazirliyini tədbirdə Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Samir Seyidəhmədli təmsil etmişdir.

Tədbirin 1-ci sessiyasında kommersiya qeydiyyat orqanları arasında beynəlxalq əməkdaşlıq mövzusu və sahibkarlıq fəaliyyətinin qeydiyyatı sahəsində Avropa Birliyinin  direktivləri və son nailiyyətlərinə dair təqdimatlar nümayiş etdirilmişdir.

Seminarın 2-ci hissəsi Azərbaycan, Banqladeş, Benin, Burkina-Faso, Cibuti, Mərakeş, Qambiya, İraq, Kamerun, Qırğızıstan, Şimali Kipr, Türkiyə Respublikasının milli sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyat sistemləri barədə təqdimatlar dinlənilmiş və qarşılıqlı əməkdaşlıq sahəsində təkliflər müzakirə olunmuşdur.

Seminarda həmçinin İƏT-ə üzv dövlətlərin qeydiyyat qurumları arasında potensial əməkdaşlıq modelləri mövzusu üzrə İƏT-in Statistik, İqtisadi və Sosial araşdırmalar və Təlim Mərkəzi (SESRIC), Model layihə ilə bağlı təklif planı üzrə isə Daxili Ticarət Baş Departamenti təqdimatlarla çıxış etmişdirlər.

Seminarın sonunda ümumi qiymətləndirmə aparılmış və gələcək planlar müzakirə edilmişdir






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.