Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Vergilər Nazirliyinin nümayəndə heyətinin Fransa və İspaniyaya səfərləri

27.10.2016

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları Vergilər Nazirliyi və Avropa İttifaqı arasında icra edilməkdə olan “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Risk əsaslı təhlil” mövzusunda təcrübə mübadiləsi məqsədilə cari ilin 19-21 oktyabr tarixlərində Fransa Respublikasında, 24-27 oktyabr tarixlərində isə İspaniya Krallığında işçi səfərdə olmuşdurlar.

Səfərin əsas məqsədi Fransa Respublikasının və İspaniya Krallığının vergi administrasiyalarında riskli vergi ödəyicilərinin müəyyən edilməsi məqsədilə istifadə olunan məlumat mənbələrinin öyrənilməsi və müasir informasiya texnologiya alətlərinin tətbiqi ilə bağlı təcrübə və fikir mübadiləsinin aparılması olmuşdur. Səfər proqramına uyğun olaraq Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyində keçirilən görüşlərdə vergi auditinin planlaşdırılması, risklərin təhlili alətləri barədə təqdimatlar göstərilmiş, Milli Vergi Araşdırma İdarəsində tədqiqat yönümlü risklərin təhlili, EDEN məlumat bazası, təşkilatın vəzifə və funksiyaları, mövcud problemlər və konkret misallarla gördükləri işlər barədə təqdimat nümayiş etdirilmişdir.

Oktyabrın 24-də isə nümayəndə heyəti İspaniya Vergi Agentliyinin Vergi Fırıldaqçılığı Hallarının Araşdırılması Üzrə Milli İdarəsinin Planlaşdırma və Seçim üzrə Mərkəzi Departamentində riskli vergi ödəyicilərinin müəyyən edilməsi və istifadə olunan İT alətlər mövzusunda keçirilən seminarda iştirak məqsədilə Madrid şəhərinə səfər etmişlər. 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.