Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Sinqapurda Mübahisələrin alternativ həll üsulları mövzusunda təlim keçirilmişdir

28.10.2016

Cari ilin 24-28 oktyabr tarixlərində Sinqapur Əməkdaşlıq Proqramı və Sinqapur Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Mübahisələrin alternativ həll üsulları” mövzusunda təlim keçirilmişdir. Təlimdə 24 ölkədən 29 nümayəndə iştirak etmişdir.

Seminarda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin əməkdaşı Nərmin Hacıyeva iştirak etmişdir.

Qarşılıqlı sual-cavab, təcrübə mübadiləsi şəklində keçirilən təlimin ilk üç günü ərzində dünya təcrübəsində mövcud olan mübahisələrin məhkəmə çəkişməsindən kənar həll üsulları barədə təlim iştirakçılarına məlumat verilmişdir. Növbəti iki gün ərzində arbitraj məhkəməsi, onun səciyyəvi xüsusiyyətləri, sahibkarlıq subyektləri, habelə investisiya qoyuluşları edən sahibkarlarla dövlətlər arasında yaranan mübahisələrin həllindəki rolu, bir sıra beynəlxalq təşkilatların arbitraj sahəsində əldə etdikləri nailiyyətlər, mövcud alətlər, qaydalar barədə məlumat verilmişdir.

Təlimin üçüncü günü təlim iştirakçıları Sinqapur Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Sinqapur Ali Məhkəməsinin nəzdində fəaliyyət göstərən Sinqapur Mediasiya Mərkəzinə səfər edərək onun fəaliyyət istiqamətləri, Mərkəz tərəfindən baxılan işlərin statistik göstəriciləri ilə tanış olmuşlar.

Təlimin sonunda hər bir təlim iştirakçısına Sinqapur Əməkdaşlıq Proqramı tərəfindən sertifikat təqdim olunmuşdur. 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.