Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Utrext şəhərində “Böyük həcmli məlumatların təhlili və səmərəli istifadəsi” mövzusunda seminar keçirilmişdir

21.10.2016

Cari ilin 19-21 oktyabr tarixlərində Niderland Krallığının Utrext  şəhərində  Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) təşkilatçılığı ilə “Böyük həcmli məlumatların təhlili və səmərəli istifadəsi” mövzusunda seminar keçirilmişdir.

31 ölkədən 57 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Vergilər Nazirliyini Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin əməkdaşı Samir Qəhrəmanov təmsil etmişdir.

Seminarın əsas məqsədi IOTA-ya üzv ölkələrin vergi administrasiyalarında istifadə olunan məlumat və analitik yanaşmanın tətbiqi ilə bağlı iştirakçılar arasında təcrübə və fikir mübadiləsinin aparılması, qeyd olunan sahədə onların bilik və bacarıqlarının artırılması olmuşdur.

Seminar zamanı Niderland Krallığının nümayəndələri tərəfindən məlumatlar və analitika, Risk modelləri, Audit seçimi üçün risk dəyərləndirilməsi və digər mövzularda təqdimatlar göstərilmişdir.

Eyni zamanda Seminarda veb-analitika, ƏDV risk modelləşdirilməsi, məlumatların idarə edilməsi, vergi boşluqlarının təhlili, məlumatların vizuallaşdırılması mövzularında  Birləşmiş Krallığın, İsveçin, Niderland Krallığının təcrübələri haqqında məlumat verilmiş, həmin mövzular üzrə üzv ölkələri arasında müzakirələr  aparılmışdır. 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.