Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Mayamidə CIAT təşkilatçılığı ilə Texnologiya İclası keçirilmişdir

12.10.2016

10-12 oktyabr 2016-cı il tarixlərində Mayami şəhərində Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) təşkilatçılığı ilə Texnologiya İclası keçirilmişdir. İclasda dünyanın 40 ölkəsindən olan vergi administrasiyaları, vergitutma sahəsində proqram təminatları hazırlayan şirkətlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdirlər.

Azərbaycan Respublikası Vergilər Nazirliyindən tədbirdə Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin əməkdaşları Fərid Hacıyev və Səfərəli Cavadov iştirak etmişdirlər.

Tədbir texniki sessiyalar – təqdimatlar və ekspert müzakirələri, eləcə də müxtəlif şirkətlərin məhsullarının sərgisindən ibarət olmuşdur.

Qeyd edək ki, CIAT üzv ölkələrinin texnologiyanın vergi inzibatçılığının təkmilləşdirilməsi və effektivliyinin artırılmasına göstərdiyi təsir mövzusuna olan marağı belə bir tədbirin keçirilməsini labüd etmişdir.

Tədbirin ilk günündə “İnteqrasiya edilmiş vergidə yeni cərəyanlar”, “İzləmə texnologiyası: ƏDV və aksiz vergisinə nəzarətin gücləndirilməsi”, “3-cü nəsil kassa aparatları və Vergilərin yığılması”, “Vergi əməletməsinin yaxşılaşdırılması üçün məlumatların və texnologiyanın təhlil, strategiya, planlaşdırma, təhsil və daha təkmil icra mexanizmləri ilə birləşdirilməsi” mövzularında təqdimatlar dinlənilmişdir.

Tədbirin 2-ci günü əsasən vergi inzibatçılığında istifadə edilən texnologiyalar, böyük həcmli məlumatlardan istifadə, avtomatik məlumat mübadiləsi üçün həllər və risk idarəetməsi kimi məsələlərə həsr edilmişdir. Qeyd edilən mövzularda Revenue Solutions, Fast Enterprises, QUANAM, Bearing Point, Thomson Reuters, Vizor Software, Microsoft kimi təşkilatlar tərəfindən çıxışlar edilmiş və açıq müzakirələr təşkil edilmişdir.

Tədbir çərçivəsində həmçinin vergi inzibatçılığında istifadə edilən texnologiyaların istehsalı ilə məşğul olan şirkətlərin məhsullarından ibarət sərgi təşkil edilmişdir. 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.