Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 23-cü iclası keçirilib

07.10.2016

Cari ilin 7 oktyabr tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 23-cü iclası keçirilmişdir.

İclasda Koordinasiya Şurasının üzvü olan Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan Respublikalarının və Rusiya Federasiyasının nümayəndə heyətləri, habelə, MDB İcraiyyə Komitəsinin səlahiyyətli nümayəndəsi, həmçinin müşahidəçi qismində Gürcüstanın nümayəndə heyəti iştirak etmişdir.

Tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

İclas zamanı “Vergi ödəyicisi mal, iş, xidmət təqdim etdiyi zaman pul şəklində əldə etdiyi gəlirlərin vergi inzibatçılığı”, “Elektron hesab fakturaların və (və ya) qaimə-fakturaların tətbiqi”, habelə “Risk idarəetməsində gömrük və vergi sistemlərinin inteqrasiyası” mövzuları üzrə təqdimatlar dinlənilmişdir.

Daha sonra Şuranın 22-ci iclasında qəbul edilmiş qərarların və 2015-2016-cı il iş planının icra vəziyyəti, MDB iştirakçısı olan dövlətlərin vergi orqanlarının 2015-ci il üzrə fəaliyyətlərinin əsas göstəriciləri, vergi qanunvericiliklərinə edilən dəyişikliklər müzakirə edilmişdir.

İclas zamanı o cümlədən vergi orqanları tərəfindən nəzarət-kassa aparatlarının tətbiqinə və gəlirin uçotunun dolğunluğuna nəzarət, üzv ölkələrdə kölgə gəlirlərinin, o cümlədən “gizlədilmiş maaş”ın vergi dövriyyəsinə cəlb edilməsi təcrübəsi sahələrinə dair təcrübə mübadiləsi aparılmışdır.

Daha sonra prosedur məsələləri müzakirəyə çıxarılmış, Koordinasiya Şurasının 2016-2017-ci illər üzrə iş planı təsdiq edilmiş və iclasın yekun protokolu imzalanmışdır.

Sonda MDB iştirakçısı olan dövlətlərin vergi orqanları arasında əməkdaşlığın möhkəmlənməsi və inkişafında fəal işinə görə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə komitəsinin fərmanı ilə təltif edilmiş Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədovun mükafatı nümayəndə heyətinə təqdim olunmuşdur.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.