Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Vergi borclarının idarə edilməsi üzrə İşçi Qrupun 10-cu iclası keçirilmişdir

07.10.2016

Cari ilin 5-7 oktyabr tarixlərində Tbilisi şəhərində Vergi borclarının idarə edilməsi üzrə İşçi Qrupun 10-cu iclası keçirilmişdir.

Tədbirdə IOTA-ya üzv olan 23 vergi adminstrasiyasının vergi borclarının alınması sahəsində çalışan nümayəndələri, eyni zamanda qeyd edilən Təşkilatın və Avropa Komissiyasının nümayəndələri iştirak etmişdirlər.

Azərbaycan Respublikası Vergilər Nazirliyindən iclasda 8 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin baş dövlət vergi müfəttişi Tural Abbasov iştirak etmişdir.

İşçi Qrupun iclası plenar iclaslar və qrup sessiyaları şəklində baş tutmuşdur.

Tədbirin gedişində Böyük Britaniya, Belçika, Polşa, Norveç, Niderland, Sloveniya, Portuqaliya, İsveçrə kimi ölkələrin vergi borclarının idarə edilməsi sahəsində, vergi borclarının azaldılması istiqamətində həyata keçirdikləri tədbirlər, strategiyalar və əldə etdikləri təcrübələri əks etdirən təqdimatlar nümayiş etdirilmişdir.

Əsas hədəfi vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl ediməsi və vergilərin toplanılması olan iclasda yeni davranış modellərinin və müxtəlif  şərtləri (mədəni, coğrafi və s.) nəzərə alaraq daha təsirli mexanizmlərin vergi borcları sahəsinə tətbiqi imkanları müzakirə edilmişdir.

Tədbirin sonunda IOTA və Belçika Federal Dövlət Maliyyə Xidmətinın birgə layihəsi olan “Vergi borclarının idarə edilməsinin səmərəliliyinin ölçülməsi” mövzusunda həyata keçirilən layihənin başlanılması, gedişatı və gözlənilən nəticələri barədə məlumat verilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.