Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
“Transfer qiymətləndirmə məsələləri â– Qarşılıqlı razılaşma prosedurunun praktiki və prosessual aspektləri” mövzusunda seminar keçirilmişdir

30.09.2016

Cari ilin 28-30 sentyabr tarixlərində Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Transfer qiymətləndirmə məsələləri – Qarşılıqlı razılaşma prosedurunun praktiki və prosessual aspektləri” mövzusuna həsr olunmuş seminar keçirilmişdir. 22 ölkədən 41 nümayəndənin iştirak etdiyi tədbirdə Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin əməkdaşı Səbinə Mirzəyeva iştirak etmişdir.

Tədbirin gedişində mövzuya uyğun olaraq qarşılıqlı razılaşma prosedurunun nəzəri və praktiki aspektlərinə dair bir sıra təqdimatlar nümayiş olunmuşdur.

Mövzuya dair Danimarka Krallığının Vergilər Nazirliyinin nümayəndəsi tərəfindən nümayiş etdirilmiş təqdimat zamanı Qarşılıqlı razılaşma prosedurunun həyata keçirilməsi üçün hüquqi əsas, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsi çərçivəsinə qəbul olunmuş Tədbirlər Planının 14-cü bəndi (“Mübahisələrin həlli mexanizmlərinin daha səmərəli tətbiqi”) haqqında ətraflı məlumat verilmişdir. Belə ki, transfer qiymətləri ilə bağlı məsələlərə münasibətdə Qarşılıqlı razılaşma proseduru dünyanın bütün ölkələrində ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin, Avropa İttifaqı ölkələri daxilində (çərçivəsində) isə qarşılıqlı əlaqəli müəssisələrin gəlirlərinin bölüşdürülməsi ilə əlaqədar Avropa İttifaqının ikiqat vergitutmanın aradan qaldırılması haqqında Arbitraj Konvensiyanın müddəaları əsasında həyata keçirilə bilər.

Seminar zamanı həmçinin qrup halında müzakirələr keçirilmiş, o cümlədən mövzuya dair qarşılıqlı maraq kəsb edən praktiki məsələlər təhlil edilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.