Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
TADAT qiymətləndirməsi ilə vergi inzibatçılığının güclü və zəif tərəfləri müəyyən edilir

20.04.2016

Xəbər verdiyimiz kimi, aprel ayının 18-20-i tarixlərində Vergi İnzibatçılığının Diaqnostik Qiymətləndirmə Aləti (Tax administration Diagnostic Asses­sment Tool) - TADAT Katibliyinin təlimzi qrupu Azərbaycan Res­publikası Vergilər Nazirliyində olublar. TADAT metodologiyası üzrə inzi­batçılığın qiymətləndirilməsində istifadə olunan meyarlar haqqında məlumatın əldə edilməsinə həsr olunmuş təlim-seminarda iştirak edən TADAT Katibliyinin rəhbəri Castin Zeyklə TADAT metodologiyasının üstünlükləri, qiymət­lən­dir­mə meyarları və digər məsələlər barədə söhbət etdik...

- Cənab Zeyk, TADAT Katibliyinin rəhbəri kimi neçənci ildən fəaliyyət göstərirsiniz və fəaliyyətinizin əsas məqsədləri barədə nə deyə bilərsiniz?

-  2014-cü ilin sentyabr ayından TADAT Katibliyinə rəhbərlik edirəm.  Katibliyin işinə nəzarətlə yanaşı, strategiyanın və iş planının hazırlanmasına cavabdehlik daşıyıram. TADAT ölkələrin vergi inzibatçılığının əsas komponentlərinin obyektiv qiymətləndirilməsi məqsədilə yaradılıb. Bu gün TADAT metodologiyasından inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vergi orqanları istifadə edirlər. İndiyə kimi 22 ölkə TADAT qiymətləndirməsindən istifadə edib. İlk olaraq qiymətləndirməni Zambiyadan başladıq, daha sonra Norveç, Cənubi Afrika, Monteneqro və digər ölkələrdə həyata keçirdik. Təkcə ötən il 13 ölkədə qiymətləndirmə aparmışıq. Hazırda Serbiya və Efiopiyada qiymətləndirmə həyata keçiririk.

- Qiymətləndirmə təşəbbüsü vergi orqanları tərəfindən irəli sürülür, yoxsa Katiblik tərəfindən?

- İlk təşəbbüs vergi orqanlarından olur. TADAT üzrə bütün qiymətləndirmələr ölkənin müvafiq strukturları tərəfindən sponsor təşkilatlara  və ya bizim Katibliyə rəsmi müraciət etməklə aparılır. Müraciətdə, həmçinin, qimətləndirmənin təklif edilən tarixləri də göstərilir, daha sonra gələn müraciətlər  dəyərləndirilir. Qiymətləndirməyə hazırlıq mərhələsi bir qədər uzun olur. 6-8 həftə öncə qiymətləndirmə qrupu tərəfindən planlaşdırma aparılır. Bu mərhələdə ilk növbədə müraciət edən ölkədə əlaqələndirici şəxs müəyyənləşdirilir və rəsmi yazışma aparılır. Daha sonra statistik və digər məlumatların əldə edilməsi məqsədilə qiymətləndirilən vergi administrasiyasına sorğu anketi və iş proqramı göndərilir. Qiymətləndirmə mərhələsi isə qiymətləndirici qrup tərəfindən 2-3 həftə ərzində aparılır. Bu müddət ərzində hər fəaliyyət sahəsi üzrə əvvəlcədən hazırlanmış suallar əsasında və müvafiq strukturlarla görüşlərin təşkil edilməsi yolu ilə qiymətləndirmə aparılır və yekun hesabat hazırlanır. Qiymətləndirmədən sonra hazırlanan son hesabat layihəsi qiymətləndirici qrup tərəfindən əvvəlcə Katibliyə göndərilir, orada hesabatın bütün standartlara və keyfiyyətə uyğunluğu qiymətləndirilir. Daha sonra qiymətləndirilən administrasiyanın hesabat ilə bağlı mövqeyi öyrənilir və qeydlər hesabata daxil edilir. Mövqelərdə kəskin fərq olduğu təqdirdə, hesabatda bununla bağlı qeyd aparılır.

- Qiymətləndirilmə zamanı əsas nəyə diqqət yetirilir?

- Qiymətləndirmə vergi orqanının fəaliyyət göstərdiyi 9 əsas istiqamət üzrə həyata keçirilir:

·      Vergi ödəyicilərinin uçot məlumatlarının tamlığı;

·      Vergidən yayınma risklərinin idarə edilməsi;

·      Könüllü əməletmə səviyyəsinin artırılması;

·      Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi;

·      Vergilərin vaxtında ödənilməsi;

·      Bəyannamələrdəki məlumatların dəqiqliyi;

·      Vergi mübahisələrinin effektiv həlli;

·      Vergi gəlirlərinin effektiv idarə edilməsi;

·      Hesabatlılıq və şəffaflıq.

Bu fəaliyyət sahələri ümumilikdə 47 ölçü meyarından ibarət olan 28 indikator vasitəsilə qiymətləndirilir. Qiymətləndirmə ABCD şkalası (A - ən yüksək, D - ən aşağı qiymət) üzrə aparılır. Vergi administrasiyasına müəyyən olunan qiymətlər geniş əsaslandırılma ilə müşayiət olunur. Qeyd edim ki, qiymətləndirmə bir neçə təcrübəli təlimçilər tərəfindən həyata  keçirilir.

- Bəs təlimçilər necə seçilir?

- Təlimçilər iki qrupa bölünür. Birinci qrup TADAT təlimçiləri adını qazananlardır. Təlimçi adını qazanmaq istəyən şəxs vergi inzibatçılığında 5 il iş təcrübəsinə malik olmalı, beynəlxalq praktika ilə yaxından tanış olmalı, texniki yardım proqramlarında iştirak etməlidir. Onlar imtahan verdikdən sonra sertifikat alıb TADAT təlimçisi adına layiq görülürlər. İkinci qrup isə TADAT təlimi keçən şəxslərdir. Onların beynəlxalq arenada təcrübəsi yoxdur və texniki yardım proqramında iştirak etməyiblər, sadəcə, təlimin iştirakçısı kimi sertifikat alıblar. Yeri gəlmişkən, sertifikat almaq üçün imtahan vermək lazımdır.  İmtahanı uğurla verib sertifikat almış iştirakçılar hansısa ölkədə TADAT qiymətləndirilməsində iştirak etməklə, beynəlxalq təcrübə toplamaqla TADAT təlimçisi adını qazana və bundan sonra qiymətləndirmədə iştirak edə bilər. Hazırda TADAT təlimçiləri və təlimdə iştirak edənlərin sayı ümumilikdə 302 nəfərdir.

- TADAT qiymətləndirilməsinin faydaları barədə nə deyə bilərsiniz?

- Ən başlıcası, bu qiymətləndirmə ilə vergi orqanlarında inzibatçılıq tədbirlərinin nisbətən güclü və zəif tərəfləri müəyyən edilir. Yəni vergi orqanı bilir ki, ölkəsinin vergi sistemində vəziyyət hansı həddədir. Bundan əlavə, vergi orqanlarının əməkdaşlıq etdiyi qurumlar üçün vergi orqanının cari durumuna dair ümumi mənzərəni görmək asanlaşır, ardıcıl təkrar qiymətləndirmələrin aparılması ilə islahatlar prosesinə nəzarət olunur. 

- Azərbaycanda da belə bir qiymətləndirmənin aparılmasını zəruri hesab edirsinizmi?

- Əlbəttə, Azərbaycanda da qiymətləndirməyə ehtiyac var. Çünki qiymətləndirmə ölkənin vergi sisteminin güclü və zəif tərəflərinin müəyyən edilməsinə və bununla da gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə imkan yaradacaq. Doğrudur, Azərbaycanın Vergilər Nazirliyi tərəfindən TADAT qiymətləndirməsi ilə əlaqədar hələlik bizə müraciət daxil olmayıb. Amma hesab edirəm ki, ölkənizdə TADAT metodologiyası üzrə inzibatçılığın qiymətləndirilməsində istifadə olunan meyarlar haqqında məlumatın əldə olunması məqsədilə keçirilən seminar onu göstərir ki, Azərbaycanda TADAT qiymətləndirilməsinə böyük önəm verilir.  

Aytən NƏBİYEVA








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.