Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Xəbərlər


Vergilər Nazirliyinin nümayəndə heyətinin Malayziyaya səfəri (18.11.2016)
Cari ilin 14-18 noyabr tarixlərində Malayziyanın Putracaya şəhərində “Azərbaycan Respublikası Hökuməti və Malayziya Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” layihəsi üzrə ekspertlər səviyyəsində növbəti danışıqlar keçirilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyindən görüşdə Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin əməkdaşları  İlqar Əkbərli və Ceyhun İsmayılov iştirak etmişlər. Ardı


Ankarada İƏT-ə üzv dövlətlərin qeydiyyat orqanlarının əməkdaşlıq üzrə İkinci Seminarı keçirilmişdir (17.11.2016)
Cari ilin 15-17 noyabr tarixlərində Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv dövlətlərin qeydiyyat orqanları arasında əməkdaşlıq və məlumat mübadiləsi üzrə İkinci Seminarı keçirilmişdir.   Ardı


Ankarada Yaxın Şərq və Şimali Afrika dövlətlərinin vergi orqanlarının 7-ci iclası keçirilmişdir (08.11.2016)
Cari ilin 8 noyabr  tarixində Ankara şəhərində Yaxın Şərq və Şimali Afrika dövlətlərinin vergi orqanlarının 7-ci iclası keçirilmişdir. Ardı


Sinqapurda “Mübahisələrin alternativ həll üsulları” mövzusunda təlim keçirilmişdir (28.10.2016)
Cari ilin 24-28 oktyabr tarixlərində Sinqapur Əməkdaşlıq Proqramı və Sinqapur Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Mübahisələrin alternativ həll üsulları” mövzusunda təlim keçirilmişdir. Təlimdə 24 ölkədən 29 nümayəndə iştirak etmişdir. Ardı


Vergilər Nazirliyinin nümayəndə heyətinin Fransa və İspaniyaya səfərləri (27.10.2016)
Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları Vergilər Nazirliyi və Avropa İttifaqı arasında icra edilməkdə olan “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Risk əsaslı təhlil” mövzusunda təcrübə mübadiləsi məqsədilə cari ilin 19-21 oktyabr tarixlərində Fransa Respublikasında, 24-27 oktyabr tarixlərində isə İspaniya Krallığında işçi səfərdə olmuşdurlar. Ardı


Utrext şəhərində “Böyük həcmli məlumatların təhlili və səmərəli istifadəsi” mövzusunda seminar keçirilmişdir (21.10.2016)
Cari ilin 19-21 oktyabr tarixlərində Niderland Krallığının Utrext  şəhərində  Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) təşkilatçılığı ilə “Böyük həcmli məlumatların təhlili və səmərəli istifadəsi” mövzusunda seminar keçirilmişdir. Ardı


Malayziyada “Vergi Qanunlarının Yerinə Yetirilməsinə Nəzarət” mövzusunda təlim-kursu təşkil edilmişdir (21.10.2016)
Cari ilin 10-21 oktyabr tarixlərində Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Malayziya Vergi Akademiyasında “Vergi Qanunlarının Yerinə Yetirilməsinə Nəzarət”  mövzusunda təlim-kursu təşkil edilmişdir. Malayziya Texniki Əməkdaşlıq Proqramı çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikası Vergilər Nazirliyindən Bakı Vergilər Departamentinin Elektron audit şöbəsinin rəisi Azər Əsədov iştirak etmişdir. Ardı


Mayamidə CIAT təşkilatçılığı ilə Texnologiya İclası keçirilmişdir (12.10.2016)
10-12 oktyabr 2016-cı il tarixlərində Mayami şəhərində Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) təşkilatçılığı ilə Texnologiya İclası keçirilmişdir. İclasda dünyanın 40 ölkəsindən olan vergi administrasiyaları, vergitutma sahəsində proqram təminatları hazırlayan şirkətlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdirlər. Ardı


MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 23-cü iclası keçirilib (07.10.2016)
Cari ilin 7 oktyabr tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 23-cü iclası keçirilmişdir. Ardı


Vergi borclarının idarə edilməsi üzrə İşçi Qrupun 10-cu iclası keçirilmişdir (07.10.2016)
Cari ilin 5-7 oktyabr tarixlərində Tbilisi şəhərində Vergi borclarının idarə edilməsi üzrə İşçi Qrupun 10-cu iclası keçirilmişdir. Ardı


“Transfer qiymətləndirmə məsələləri â– Qarşılıqlı razılaşma prosedurunun praktiki və prosessual aspektləri” mövzusunda seminar keçirilmişdir (30.09.2016)
Cari ilin 28-30 sentyabr tarixlərində Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Transfer qiymətləndirmə məsələləri – Qarşılıqlı razılaşma prosedurunun praktiki və prosessual aspektləri” mövzusuna həsr olunmuş seminar keçirilmişdir. 22 ölkədən 41 nümayəndənin iştirak etdiyi tədbirdə Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin əməkdaşı Səbinə Mirzəyeva iştirak etmişdir. Ardı


Malayziyada İslam Ölkələri Vergi Orqanları Assosiasiyasının (ATAIC) 13-cü İllik Texniki Konfransı keçirilmişdir (29.09.2016)
Cari ilin 26-29 sentyabr tarixlərində Malayziyanın Malakka şəhərində İslam Ölkələri Vergi Orqanları Assosiasiyasının (ATAIC) 13-cü İllik Texniki Konfransı keçirilmişdir. Ardı


Ankara şəhərində “Transfer qiymətləri və gömrük dəyəri” mövzusunda seminar keçirilmişdir (23.09.2016)
19-23 sentyabr tarixlərində Ankara şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən “Transfer qiymətləri və gömrük dəyəri” mövzusunda seminar keçirilmişdir. Ardı


Tallin şəhərində IOTA-nın Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilmişdir (23.09.2016)
Cari ilin 21-23 sentyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilmişdir. İOTA-ya üzv 28 dövlətin vergi administrasiyalarının, Avropa Komissiyasının və İOTA Katibliyinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Vergilər Nazirliyini Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviri Ələkbər Məmmədov və Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov təmsil etmişlər. Ardı


Vergilər Nazirliyinin nümayəndə heyətinin Estoniyaya səfəri (18.09.2016)
Cari ilin 18 sentyabr tarixində Vergilər Nazirliyinin nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Estoniyaya səfər etmişdir. Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Estoniya  Vergi və Gömrük Administrasiyasında “Elektron cinayət işi” mövzusunda keçirilən təlimdə iştirak etmişdir. Təlim zamanı Estoniyada vergi cinayətləri ilə məşğul olan Təhqiqat idarəsi və Vergilər İdarəsinin nümayəndələrinin dolğun təqdimatları dinlənilmiş və maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Ardı


1  2


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.