Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

CRF – Korporativ Qeydiyyatçılar Forumu

Korporativ Qeydiyyatçılar Forumu beynəlxalq korporativ reyestrlər birliyidir. Foruma üzvlük hökumət təşkilatları və dövlət orqanları və onların korporativ birlik reyestrlərinin tətbiqinə (məsələn: şirkətlərin reyestri) məsul olan vəzifəli şəxsləri üçün açıqdır.

Birliyin məqsədi beynəlxalq səviyyədə korporativ biznes qeydiyyatındakı son inkişaf meyllərini nəzərdən keçirmək, eləcə də korporativ biznes reyestr sisteminin bugünkü və gələcək fəaliyyəti haqqında təcrübə və məlumat mübadiləsi aparmaq üçün üzvlərə imkanlar yaratmaqdır. İlkin görüşlərdə diqqət mərkəzində Asiya-Sakit okeanı regionu olmuşdur.

Forum Yeni Zellandiya Şirkətlər Ofisinin ev sahibliyi ilə  2003-cü ildə Oklənd şəhərində keçirilmişdir.

2003-cü ildə keçirilən konfrans 13 hakimiyyət orqanını təmsil edən korporativ reyestrlərin görüşməsi üçün bir imkan olmuşdu.

Bu qrupun ilk adı Asiya-Sakit okean Korporativ Reyestr Forumu olmuşdur.

2-ci konfrans Avstraliya Qiymətli Kağızlar və İnvestisiyalar Komissiyası tərəfindən 2005-ci ilin mart ayında Avstraliyanın Melburn şəhərində keçirilmişdir. Konfransda iştirak edən üzvlər Korporativ Reyestr Forumu adını qəbul etmək üçün səs verdilər.

2006-cı il Honq Konqda keçirilən 3-cü Konfransda CRF Honq Konq Biznes Qanununa əsasən hüquqi şəxs yaratmadan fəaliyyət göstərən  müəssisə kimi qeydiyyatdan keçmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.