Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış hökumətlərarası regional təşkilatdır.

ECO, 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş  Inkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının xələfidir. 

1992-ci ildə Təşkilat Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Tacikistan Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikası kimi 7 yeni üzvün daxil olması ilə daha da genişlənmişdir. Təşkilatın bugünkü  tərkibdə genişləndiyi 28 noyabr tarixi ECO günü kimi qeyd olunur.

İqtisadi Əməkdaşlıq Təşkilatı parlaq ticarət perspektivləri ilə zəngindir. Yaşının gənc olmasına baxmayaraq, ECO inkişaf etməkdə olan regional təşkilata çevrilmişdir. Onun beynəlxalq aləmdəki nüfuzu getdikcə artır. Buna baxmayaraq, təşkilat öz məqsəd və vəzifələrinin həyata keçirilməsi ilə bağlı olaraq çoxsaylı cətinliklərlə üzləşir.  Ən əsası da odur ki, regionda mövcud resurslardan tam şəkildə istifadə etmək üçün Təşkilatın prioritet əsasında inkişaf etdirmək istədiyi müvafiq infrastrukturun və müəssisələrin sayı yetərincə deyildir. 

Son 12 ildə üzv ölkələr səylərini birləşdirərək vasitəsilə regional inkişaf tempini sürətləndirmək istiqamətində əməkdaşlıq edirlər. Ortaq mədəni və tarixi yaxınlıqlardan başqa, öz ümid və istəklərini aydın bir reallığa çevirmək üçün öz əzmlərini daha da möhkəmləndirməkdən ötrü mövcud infrastruktur və biznes əlaqələrindən istifadə etməyi bacarmışlar. ECO, əməkdaşlığın prioritet istiqamətləri üzrə, o cümlədən enerji, ticarət, nəqliyyat, kənd təsərrüfatı və narkotiklərə nəzarət ilə bağlı bir sıra layihələrə başlamışdır.

Təşkilatın hazırkı üzv dövlətləri: Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Pakistan İslam Respublikası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikasıdır.

Maliyyə mənbəyi: Üzvlərin ianələri.

Dili: İngilis

Əsas İdarəedici şəxs: Baş Katib

Katibliyin heyəti: ECO-nun Baş Katibliyinin beynəlxalq heyətinə Baş Katib, baş katibin 3 müavini, 6 direktor, 3 direktor müavini, digər mütəxəssislər, eləcə də texniki, inzibati və yardımçı personal daxildir. Işçilərinin ümumi sayı 60-dan çoxdur.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.