Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

BMT - Birləşmiş Millətlər Təşkilatı

Birləşmiş Millətlər Təşkilatı 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Birləşmiş Millətlər təşkilatının fəaliyyəti və missiyası onun təsis Nizamnaməsində yer alan məqsəd və prinsiplərə əsaslanır.

Təşkilat hazırda 193 üzv dövlətdən ibarətdir və üzv ölkələrin hər biri Baş Assambleyanın üzvüdür.

Dövlətlərin BMT üzvlüyünə qəbulu Təhlükəsizlik Şurasının təqdimatına və Baş Assambleyanın qərarına əsaslanır.

BMT-nin əsas orqanları  Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Bu orqanların hamısı 1945-ci ildə BMT-nin əsası qoyulan zaman yaradılmışdır.

Qeyri-rəsmi olaraq həm də “Birləşmiş Millətlər ailəsi” kimi də tanınan BMT sistemi, BMT-nin özü və rəhbərlikləri, üzvləri və büdcələri daxil olmaqla tabeliyində olan bir sıra proqramlardan, fondlardan və ixtisaslaşmış agentliklərdən ibarətdir.  Proqram və fondlar məcburi üzvlük haqlarından  çox könüllülük prinsipi əsasında maliyyələşir.İxtisaslaşmış Agentliklər isə həm könüllü, həm də müəyyən edilmiş məbləğdə ödənişlər vasitəsilə maliyyələşdirilən müstəqil təşkilatlardır.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.