Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları»nın təsdiq edilməsi barədə

Qərar 89

Bakı şəhəri, 27 mart 2006-cı il

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli, 330 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 4-cü bəndi və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»na əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli, 81 nömrəli qərarının 3-cü, 4-cü və 5-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2006-cı il, 3, maddə 308).

5 oktyabr 2009-cu il tarixli, 164 nömrəli Qərara əsasən dəyişikliklərlə.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.