Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

IACA

Beynəlxalq  Antikorrupsiya Akademiyası (İACA) Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən beynəlxalq təşkilatdır. Akademiya antikorrupsiya sahəsində bilik və təcrübələrdəki mövcud çatışmazlıqları aradan qaldırmağa və gələcək problemlərin həlli ilə bağlı  mütəxəssislərin hazırlanmasına imkan verən ilk belə qlobal təşkilatdır.

İACA antikorrupsiya sahəsində təhsil və tədqiqatlara yeni və hərtərəfli  yanaşmanı təmin edir, cəmiyyətin bütün sektorlarından olan mütəxəssislərə antikorrupsiya təlimlərinin keçiriliməsinə imkan yaradır və bu fəaliyyətləri asanlaşdırır, geniş iştirakçı kütləsinə texniki dəstək və kömək göstərir. Təşkilat standart və xüsusi hazırlanmış təlimlər, elmi dərəcələr üzrə proqramlar, dialoq və şəbəkələnmə imkanları, antikorrupsiya sahəsində elmi araşdırma mərkəzi kimi fəaliyyətlər təklif edir.

Akademiya BMT-nin Narkomaniya və Cinayətkarlıq ilə mübarizə İdarəsi (UNODC), Avropa Dələduzluğa qarşı mübarizə Bürosu (OLAF), Avstriya Respublikası və başqa tərəfdaşların təşəbbüsü ilə  yaradılmışdır. 8 mart 2011–ci ildə isə beynəlxalq təşkilata çevrilmişdir. Hazırda təşkilatda  64 İştirakçı tərəf, o cümlədən 3 beynəlxalq təşkilat təmsil olunur.

Coğrafi və mədəni müxtəlifliyə diqqət yetirən İACA özəl və dövlət sektoru müəssisələri, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də vətəndaş cəmiyyəti institutları ilə geniş tərəfdaşlığı dəstəkləyir. Təşkilat BMT-nin Baş Asambleyasında, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Dövlətlər Qrupunda  (GRECO)  və BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) müşahidəçi qismində çıxış edir və bir çox beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Antikorrupsiya sahəsində təhsil və tədqiqat imkanları təmin edən İACA mükəmməllik və  innovasiya istiqamətində davamlı səylər göstərir və dünyanın hər bir yerindən olan şəxslərə İACA ilə asan əlaqə yaratmaq imkanı təklif edir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.