Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

ATAIC

İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyası (ATAİC) 15 oktyabr 2003-cü il tarixdə 11 İslam ölkəsi (Banqladeş, Bruney, İndoneziya, İordaniya, Küveyt, Livan, Malayziya, Mərakeş, Pakistan, Tacikistan və Yəmən) tərəfindən imzalanmış Razılaşma əsasında Malayziyanın Putrajaya şəhərində təsis edilmişdir.

Hazırda aşağıdakı dövlətlər ATAİC-in üzvləridirlər:

Banqladeş

Bruney

Kamor adaları

Cibuti

Misir

Qayana

İndoneziya

İran

İraq

İordaniya

Küveyt

Livan

Malayziya

Mərakeş

Pakistan

Qatar

Səudiyyə Ərəbistanı

Seneqal

Syerra Leone  

Sudan

Tacikistan

Yəmən

 ATAİC-in əsas məqsədi üzv olan islam ölkələrində vergi və zəkat siyasətinin və bunların bütün aspektlərinin inzibatçılığının təkmilləşdirilməsinə yardım etməkdən ibarətdir. Bununla yanaşı ATAİC-in fəaliyyətinə aşağıdakılar da aid edilə bilər:

• Vergilərlə bağlı təcrübə və fikir mübadiləsinin həyata keçirilməsi məqsədilə İllik Texniki   

• Konfrans da daxil olmaqla iclasların təşkil edilməsi;

• Vergilərin təşkili ilə bağlı seminarların və təlim kurslarının keçirilməsi;

• Vergilərlə bağlı məlumatların toplanması və təhlil edilməsi;

• İslam ölkələri arasında funksional əməkdaşlıq vasitəsilə vergi və ya zəkatın inzibatçılığının                             təkmilləşdirilməsi üçün fəaliyyətin həyata keçirilməsi;

• Üzv olan islam ölkələrinin vergi sistemlərinin qeyri-islam ölkələrində inkişaf edən vergi və digər aidiyyəti rejimlərlə bir səviyyədə saxlanılmasına yardım etmək.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.