Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

Beynəlxalq Maliyyə Korporasiyası (BMK)

BMK-nın əsas konsepsiyası, dəyərləri və təyinatı

BMK əsas konsepsiyası odur ki, insanlar yoxsulluqdan yayınmaq və öz yaşayışlarını yaxşılaşdırmaq imkanına malik olmalıdır.

BMK-nın dəyərləri bacarıq, öhdəçilik, səmimiyyət və birgə işdir.

BMK-nın təyinatı aşağıdakılar vasitəsilə insanlara yoxsulluqdan yayınmaq və öz yaşayışlarını yaxşılaşdırmaq üçün imkanların yaradılmasından ibarətdir:

  • İnkişaf etməkdə olan ölkələrdə açıq və rəqabət qabiliyyətli bazarların inkişaf etdirilməsi
  • Şirkətlərə və digər özəl sektor iştirakçılarına boşluqların aradan qaldırılmasında dəstək olmaq
  • Aşağı səviyyəli xidmət göstərilən şəxslər üçün səmərəli iş yerlərinin açılması və əsas xidmətlərin göstərilməsində köməklik göstərmək
  • Özəl müəssisələrin inkişaf etdirilməsi üçün digər maliyyə mənbələrinin müəyyən edilməsi və səfərbər edilməsi

BMK Dünya Bankı Qrupuna daxil olan təşkilatlardan biridir.

BMK özəl sektora investisiyaların qoyulmasının maliyyələşdirilməsi, kapitalın beynəlxalq maliyyə bazarlarına istiqamətləndirilməsi və şirkətlərə və hökumətlərə məsləhət xidmətlərinin göstərilməsi vasitəsilə inkişaf etməkdə olan ölkələrdə sabit iqtisadi artıma köməklik edir.

BMK şirkətlərə və maliyyə institutlarına yeni yaranan bazarlarda iş yerlərinin açılmasında, vergi gəlirlərinin yaradılmasında, korporativ idarəetmənin və ətraf mühitin qorunmasının yaxşılaşdırılmasında və yerli cəmiyyətlərə öz töhfəsinin verilməsində yardım edir.

BMK necə fəaliyyət göstərir

BMK dünyanın inkişaf etməkdə olan ölkələrində əksər hissəsi özəl sektora mənsub olan müəssisələrə investisiya qoymaqla fəaliyyət göstərir.

BMK-nın strateji prioritetləri

BMK davamlı inkişaf sahəsində öz səylərinin maksimal səmərəsinin təmin edilməsi məqsədilə 5 strateji prioriteti xüsusi vurğulayır:

  • Yüksək riskə malik olan bazarlara, xüsusilə də kiçik və orta müəssisələr sektoruna diqqətin gücləndirilməsi;
  • İnkişaf etməkdə olan ölkələrdə yaranan qlobal oyunçularla uzunmüddətli partnyorluq əlaqələrin qurulması;
  • İqlim dəyişikliyinin və ekoloji və sosial sabitlik tədbirlərinin araşdırılması;
  • İnfrastruktura, səhiyyəyə və təhsilə özəl sektor tərəfindən investisiya qoyulmasına olan məhdudiyyətlərin aradan qaldırılması;

• İnstitusional quruluş və yeni maliyyə məhsullarından istifadə vasitəsilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsi.

Bütün yeni investisiya layihələri üzrə BMK davamlı inkişafa gözlənilən təsiri dəqiq müəyyənləşdirir və layihə icra edildikcə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsini aparır.

İnvestisiyalar

BMK öz müştərilərinə bir çox maliyyə məhsullarını və xidmətlərini təklif edir və şirkətlərə riskləri idarə etmək və xarici və daxili kapital bazarlarına çıxmaq imkanı verən yeni maliyyə alətlərinin inkişaf etdirilməsini davam edir.

Məsləhət xidmətləri

BMK inkişaf etməkdə olan ölkələrdə özəl sektorun inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş bir sıra məsləhət xidmətlərini təklif edir.

Üzv Ölkələr

BMK-nın 182-üzvü var. BMK-na üzv olmaq üçün ölkələr:

  • Dünya Bankının üzvü olmalı (BYİB)
  • BMK-nın Saziş Maddələrini imzalamalı; və
  • Dünya Bankı Qrupunun Korporativ Katibliyində saxlanılan, BMK-nın Saziş Maddələrinə qoşulmasına dair ratifikasiya sənədini təqdim etməlidir.

 

www.ifc.org








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.