Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin

Koordinasiya Şurası

Koordinasiya şurasının yaradılması və onun əsasnaməsinin təsdiqi haqqında Qərar MDB hökumət başçıları şurasının 31 may 2001-ci il tarixində Minsk şəhərində keçirilmiş görüşü zamanı qəbul edilmişdir. 10 MDB dövləti Qərarın iştirakçısı olmuşdur (Türkmənistan və Özbəkistan Respublikası istisna olmaqla).

Koordinasiya şurasına MDB iştirakçısı olan 10 dövlətin vergi xidmətlərinin rəhbərləri daxildir. Şura MDB İcraiyyə Komitəsi ilə qarşılıqlı əlaqəli fəaliyyət göstərir.

Şuranın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Milli qanunvericiliklərinə əsasən vergi siyasətinə və vergi inzibatçılığına görə cavabdeh olan MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri arasında əməkdaşlıq;
  • Vergi siyasətini və vergi inzibatçılığını nizamlayan milli qanunvericiliklərin təkmilləşdirilməsi və harmonizasiyası üzrə təkliflərin hazırlanması;
  • Qüvvədə olan milli qanunvericiliklərə və beynəlxalq hüquq normalarına uyğun olaraq vəzifələrinə vergi siyasəti və vergi inzibatçılığı məsələləri daxil olan MDB iştirakçısı olan dövlətlərin digər sahə əməkdaşlığı orqanları və milli strukturlarla ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi;
  • Vergi siyasəti və vergi inzibatçılığı sahəsində qəbul edilmiş dövlətlərarası və hökumətlərarası sazişlərin və qərarların icra edilməsində yardım etmək.

 

cis.minsk.by






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.