Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya şurası

Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya şurası MDB Hökumət Başçıları Şurasının 30 noyabr 2000-ci il tarixli Qərarı ilə yaradılmışdır. Həmin Qərar ilə Şuranın Əsasnaməsi təsdiq edilmişdir.

Şuranın üzvləri MDB iştirakçısı olan dövlətlərin (Türkmənistan, Özbəkistan Respublikası və Ukrayna istisna olmaqla) vergi (maliyyə) tədqiqatları orqanlarının rəhbərləridir.

Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya şurasının əsas vəzifələri aşağıdakılardır:

  • vergi (maliyyə) qanunvericiliyinin pozulmasının aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması ilə bağlı vəzifələrin səmərəli icrası məqsədilə qarşılıqlı fəaliyyətin təmin edilməsi, məlumat mübadiləsi, qarşılıqlı məsləhətləşmələr, tövsiyələrin və təkliflərin hazırlanması;
  • MDB iştirakçısı olan dövlətlərin milli qanunvericiliklərinin təkmilləşdirilməsi və harmonizasiyası, vergi (maliyyə) qanunvericiliyinin pozulması ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın müqavilə-hüquq bazasının inkişafına dair təkliflərin hazırlanması.

Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya şurasının İşçi Orqanı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin İqtisadi təhlükəsizlik Departamentinin bazasında onun ştat əməkdaşları hesabına fəaliyyət göstərən İcraiyyə bürosudur.

Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya şurasının fəaliyyəti yarandığı dövrdən bəri mərhələli inkişaf xüsusiyyəti ilə səciyyələnir.

Birinci mərhələdə (koordinasiya orqanının yaradılması) MDB iştirakçısı olan dövlətlərin ərazisində vergi qanunvericiliyinin pozulmasına qarşı mübarizə sahəsində  birgə fəaliyyətin əsas istiqamətləri müəyyən edilmiş və normativ sənədlər qəbul edilmişdir.

İkinci mərhələ (qarşılıqlı fəaliyyətin təşkilinin rəsmiləşdirilməsi) Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya şurasının qərarlarının icrasının koordinasiyası  funksiyasını yerinə yetirən işçi orqanlarının formalaşdırılması ilə bağlı olmuşdur.

Üçüncü mərhələ isə (vergi (maliyyə) tədqiqatı orqanlarının qarşılıqlı fəaliyyəti) hər bir dövlətin ayrılıqda və Birliyin bütövlükdə iqtisadi təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla qarşılıqlı fəaliyyətin təşkilinə keçid ilə səciyyələnir.

Koordinasiya Şurasının yaradılması və fəaliyyəti MDB ölkələrində iqtisadiyyat və vergi və onunla bağlı iqtisadi cinayətlərə qarşı mübarizə sahəsində yaranmış vəziyyəti özündə əks etdirən məsələlərin mərhələli həlli əsasında həyata keçirilmişdir.

 

cis.minsk.by








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.