Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

Missiyası

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı demokratiya və bazar iqtisadiyyatına sadiq olan dünya ölkələrinin hökumətlərini aşağıdakı məqsədlər üçün birləşdirir: 

  • Sabit iqtisadi artımı təmin etmək
  • Məşğulluq səviyyəsini artırmaq
  • Yaşayış səviyyəsini qaldırmaq
  • Maliyyə sabitliyini saxlamaq
  • Digər ölkələrin iqtisadi inkişafına yardım etmək
  • Dünya ticarətinin inkişafına öz töhfəsini vermək.

Təşkilat hökumətlərə siyasət təcrübələrini müqayisə etmək, ümumi problemlərin həllini axtarmaq, ən qabaqcıl təcrübəni müəyyən etmək və daxili və beynəlxalq siyasəti koordinasiya etmək üçün zəruri şərait yaradır.

Üzvlər və tərəfdaşlar

İƏİT-in 34 üzvü var:

Bu ölkələrdən 20-si 14 dekabr 1960-cı ildə, təşkilatı təsis edən Konvensiya imzalandıqda üzv olmuşlar. Digərləri isə sonrakı illərdə qoşulmuşdur.

İƏİT Konvensiyasının Əlavə Protokolunda, ona imza edən ölkələr qərara almışdılar ki, Avropa Birliyi Komissiyası Təşkilatın "işində iştirak etməlidir". Bu iştirak sadə müşahidəçi statusundan kənara çıxır və faktiki olaraq Komissiyaya kvaziüzv statusu verir.

Təşkilata üzv olma proseduru xeyli mürəkkəbdir və uzun müddət tələb edir, ona görə ki, bir çox siyasisət sahələrində OECD standartlarına ölkənin uyğun gəlməsinin müəyyən edilməsi üçün bir sıra araşdırmalardan ibarətdir. Bu isə, öz növbəsində, eyni zamanda çox az sayda yeni üzvlərin qəbul edilməsinə imkan verir.

Qlobal tərəfdaşlar

Vaxt keçdikcə İƏT dairəsi genişləndi və İƏİT üzvü olmayan iqtisadiyyatlarla geniş əlaqələri daxil etməyə başladı, və hazırda o, onlardan 70-dən çoxu ilə kooperativ münasibətlərə malikdir.

Qeyri-üzvlərlə Əməkdaşlıq Mərkəzi (CCNM) OECD-nin üzvü olmayan ölkələrlə qlobal əməkdaşlığın istiqamətlərinin strategiyasını inkişaf etdirir və müşahidə edir. OECD-nin işinin vacibliyinin qeyri-üzr ölkələrlə siyasi dialoqdan asılı olduğu məsələlərin araşdırılması üçün 10 Qlobal Forum təsis edilmişdir.

Regional təşəbbüslər Avropa, Qafqaz və Mərkəzi Asiyanı, Asiyanı; Latın Amerikasını; Yaxın Şərq və Şimali Afrikanı (MENA) əhatə edir. Sahel və Qərbi Afrika Klubu isə İƏİT ölkələri ilə Qərbi Afrika arasında əlaqələri yaradır, inkişaf etdirir və asanlaşdırır.

 

www.oecd.org








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.