Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

Avropa Kommersiya Qeydiyyatçıları Forumu

Müəssisələrin rəsmi qeydiyyat idarələri qeydiyyat (yeni müəssisələrin yaranması) və müəssisələr haqqında etibarlı məlumatların əldə edilməsində əsas rol oynayırlar. Avropada biznes daha da inteqrasiya etdiyinə və keçmiş sərhədlər aradan götürüldüyünə görə, beynəlxalq əməkdaşlığa, o cümlədən kommersiya müəssisələrinin qeydiyyatını həyata keçirən orqanlar arasında, ehtiyac artmışdır.

Avropanın qeydiyyat orqanları arasında daha geniş əlaqələrin yaradılması və daha sıx əməkdaşlığın edilməsi təşəbbüsü ilk dəfə olaraq Latviya Respublikasının Müəssisələr Registri tərəfindən irəli sürülmüş, və o, 1998-ci ildə Avropa Kommersiya Qeydiyyatçılarının Birinci İllik Konfransını təşkil etmişdir. Bu təşəbbüs 1999-cu ildə davam etdirilmiş, Avropa Kommersiya Qeydiyyatçılarının İkinci İllik Konfransı İsveçdə keçirilmiş və İsveçin Şirkətlər və Patentlər Ofisi tərəfindən təşkil edilmişdir: 21 Avropa ölkəsinin nümayəndələri (o cümlədən Mərkəzi və Şərqi Avropanın inkişafda olan iqtisadiyyatların bir sıra nümayəndələri) bu konfransda iştirak etmiş və onlara ümumi problemlərin araşdırılması və fikir və təcrübə mübadiləsinin aparılması imkanı yaradılmışdır. Bu zaman, bir çox iştirakçılar tərəfindən belə bir fikir söylənilmişdir ki, bu konfransda yaradılmış əsaslar, qeydiyyatçılar arasında əməkdaşlıq üçün daha rəsmi mexanizmlər yaratmalıdır. Beləliklə, bir sıra təkliflər hazırlanmış və Kardiff şəhərində (Uels) keçirilmiş Üçüncü İllik Konfransda (oktyabr 2000-ci il) təqdim edilmişdir.

Avropada Kommersiya Qeydiyyatçılarının Təşkilatı – Avropa Kommersiya Qeydiyyatçıları Forumu, Kardiff şəhərində təsis edilmiş (21 ölkənin iştirakı) və birinci il onun Rəhbər Komitəsi İtaliya, Böyük Britaniya, Norveç və İsveçin qeydiyyat təşkilatlarının nümayəndələrindən ibarət olmuşdur.

Avropa Kommersiya Qeydiyyatçıları Forumu ticarətdə və sənayedə, və ümumilikdə biznes aləmində, Kommersiya Qeydiyyatçılarının xidmətlərinin yaxşılaşdırılması məqsədilə yaradılmışdır. Forumun əsas məqsədləri aşağıdakılardır:

• İnnovasiya biznesinin, xüsusilə orta və kiçik müəssisələrin, yaradılması və inkişafı üçün səmərəli şəraitin yaradılması;
• Mərkəzi və Şərqi Avropanın müvafiq ölkələrinin Birliyin daxili bazarına inteqrasiyası üçün hazırlıq;
• Avropada açıq və şəffaf biznes mühitinin yaradılması;
• Biznesdə inzibati yükün azaldılması məqsədilə nizamlama sahənin sadələşdirilməsi

 

www.ecrforum.org






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.