Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı nədir?

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA) Avropa ölkələrində olan üzvlərinə vergi inzibatçılığının təkmilləşdirilməsində köməklik göstərmək məqsədilə forum təqdim edən hökumətlərarası qeyri-kommersiya təşkilatıdır.

Təşkilatın təsis edilməsi haqqında rəsmi qərar 28-30 oktyabr 1996-cı il tarixlərində Varşava şəhərində keçirilmiş Mərkəzi və Şərqi Avropa və Baltikyanı Ölkələrin Vergi Administrasiyalarının 3-cü Konfransı zamanı qəbul edilmişdir. Avropa Komissiyası, Aİ-na Üzv Olan 9 ölkənin vergi administrasiyası, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT), ABŞ-ın Daxili Gəlirlər Xidməti bu qərarı dəstəkləmişdir.

1997-ci ildə fəaliyyət şərtləri müəyyən edildi və Təşkilatın Nizamnaməsinin layihəsi hazırlandı. Eyni zamanda IOTA Macarıstan Respublikası ilə Yerləşmə haqqında Saziş imzaladı.

Bu gün 46 vergi administrasiyası Avropadaxili Vergi Administrasiyaları Təşkilatının Üzvüdür: bunlardan hamısı tam üzvdür.

Təşkilatın Katibliyi Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində yerləşir.

Missiyası

Təşkilatın əsas missiyası Avropa regionunda vergi administrasiyaları arasında əməkdaşlığa köməklik və onların fərdi tələbatlarına uyğun olaraq inkişaflarını dəstəkləmək məqsədilə vergi inzibatçılığının praktiki məsələlərinin müzakirə edilməsi üçün forumun təşkil edilməsidir.

Məqsədi

IOTA Avropa regionunda vergi inzibatçılığının praktiki məsələlərinin müzakirəsi üçün aparıcı təşkilat olmağa çalışır.

Vəzifələri

  • IOTA üzvləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına köməklik etmək;
  • İnkişaf Proqramlarının həyata keçirilməsində IOTA üzvlərini dəstəkləmək;
  • Ən yaxşı təcrübəni müəyyən etmək və onun qəbul edilməsini dəstəkləmək;
  • Digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etməklə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının vergi administrasiyalarının peşəkar təşkilatı kimi spesifik özünəməxsusluğunu təmin etmək;
  • IOTA üzvləri üçün məsləhət orqanı olmaq.

 

 

www.iota-tax.org








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.