Axtar
az|рус|eng
Odlar yurdu

AZƏRBAYCANIN ƏRAZİSİ

Ərazisi

86.6 min km2 (12% meşələr, 1.7% su hövzəsi, 54.9% yararlı torpaqlar, cümlədən 31.1 % otlaq və biçənəklə,31.4% sair torpaqlar).Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir.
 
Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km
 
Böyük göllər, km2
Sarısu - 67.0
Ağgöl - 56.2
Ağzıbirçala - 37.0
Mehman - 35.0
Böyükşor - 9.2
Hacıqabul - 8.4
 
Dünyada ən böyük göl -Xəzər dənizi
sahəsi 400000 km2, dərinliyi-1025 m.

Ən yüksək dağ zirvəsi
Bazardüzü - 4466 m.
 

Qonşuları

Dövlət sərhədləri Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.
 
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km
 
Böyük adalar km2
Pirallahı - 14.4
Çilov - 11.5
Xərə-Zirə - 3.5
Böyük-Zirə - 1.4

Böyük çaylar km
Kür - 1515
Araz - 1072
Alazan (Qanıx) - 413
İori (Qabırrı) - 389
Samur - 216
Tərtər - 200

AZƏRBAYCANIN ƏHALİSİ

2010-cu ilin yanvarın 15-də Azərbaycan Respublikasının əhalisinin sayı 9 milyona çatmışdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-cu il aprelin 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı ilin əvvəlindən 25 min nəfər və yaxud 0,3 faiz artaraq, 9 milyon 22 min nəfərə çatmışdır. Ölkədə bir kvadratkilometrə 104 nəfər düşür. Əhalinin 54,1 faizi şəhərlərdə, 45,9 faizi kəndlərdə yaşayır. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Hər 1000 nəfər kişiyə 1039 qadın düşür.

AR-nın SİYASİ SİSTEMİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir.

Ümumiyyətlə Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur.

Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.

Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir.

Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.

Mənbə: azerbaijan.az



Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.