Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Apellyasiya

Vergilər Nazirliyinin Apellyasiya Şurası haqqında ümumi məlumat

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin VI fəsli vergi ödəyiciləri tərəfindən vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərin verilməsi və vergi orqanları tərəfindən həmin şikayətlərə baxılması qaydalarını tənzimləyir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda maraqlı şəxslərin inzibati orqana ərizə və ya şikayətlə müraciət etmək, inzibati icraatda şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak etmək, inzibati icraatın hərtərəfli, tam və obyektiv aparılmasını və qanunsuz inzibati aktın ləğv edilməsini tələb etmək, inzibati orqanın qərarlarından yuxarı inzibati orqana və (və ya) məhkəməyə müraciət etmək hüquqları müəyyən olunmuşdur.

Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, onların təkrar şikayətlərinə (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması, habelə məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl edilməklə mübahisələrin obyektiv şəkildə həll edilməsi məqsədilə Vergilər Nazirliyində 07.03.2008-ci il tarixdən etibarən Vergilər Nazirliyinin Apellyasiya Şurası fəaliyyət göstərir.

Vergi orqanlarının qəbul etdiyi inzibati aktlar ilə bağlı vergi ödəyiciləri tərəfindən verilmiş ərizə və ya şikayətlərin (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) nəticəsi üzrə Vergilər Nazirliyinin aparatının struktur vahidləri tərəfindən qəbul edilmiş inzibati qərarlardan həmin vergi ödəyiciləri narazı olduqda, bununla bağlı Vergilər Nazirliyinin Apellyasiya Şurasına təkrar şikayətlə müraciət edə bilərlər.

Vergilər Nazirliyinin Apellyasiya Şurasına ünvanlanmış təkrar şikayətlər yazılı formada tərtib edilməlidir.

Təkrar şikayətdə aidiyyəti qanunvericilikdə nəzərdə tutulan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar göstərilməlidir:

- təkrar şikayətlə müraciət edən şəxs fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i, hüquq şəxs olduqda isə onun adı, hüquqi ünvanı, VÖEN-i;

- təkrar şikayətin predmeti üzrə bundan əvvəl Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidinə edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

- təkrar şikayətin predmeti üzrə bundan əvvəl Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidinə müraciətin (müraciətlərin) edilməsinə səbəb olan hal barədə məlumatlar (müvafiq vergi orqanının qəbul etdiyi inzibati aktın adı, tarixi, nömrəsi, qısa məzmunu);

- təkrar şikayətlə müraciət edən şəxsin tələbi və tələbin əsasları, gətirilən dəlillər;

- təkrar şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

Təkrar şikayətlərin əsaslı olmasını təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) müvafiq qaydada təsdiq olunmuş surətləri təkrar şikayətlərə əlavə edilir.

Bununla yanaşı, artıq vergi ödəyiciləri Vergilər Nazirliyinin Apellyasiya Şurasına elektron formada da müraciət edə bilərlər.

Vergilər Nazirliyinin aparatının struktur vahidlərində baxılmadan vergi ödəyiciləri tərəfindən birbaşa Apellyasiya Şurasına daxil olmuş şikayətlər (təkrar şikayət hesab edilməyən şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması, araşdırılması və cavablandırılması üçün Vergilər Nazirliyinin aparatının aidiyyəti struktur vahidinə göndərilir.

Məhkəmənin, vergilər nazirinin və ya Vergilər Nazirliyinin Apellyasiya Şurasının eyni predmet üzrə qəbul edilmiş qərarlarından (verilmiş yazılı cavablarından) Vergilər Nazirliyinin Apellyasiya Şurasına müraciət edildikdə, həmin müraciət baxılmamış saxlanılır.

Şəxs eyni qərardan (eyni predmet üzrə) Vergilər Nazirliyinin Apellyasiya Şurasına təkrar şikayət etməklə yanaşı məhkəməyə də şikayət etdikdə (iddia ərizəsi təqdim etdikdə), şikayətə məhkəmə qaydasında baxılır və həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.