Axtar
az|рус|eng
195

İkitərəfli SMS xidmətindən istifadə qaydası

Hal-hazırda “İkitərəfli SMS xidməti” vasitəsilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə isə 5 istiqamətdə məlumatlar göndərilir.

Xidmətdən istifadə etmək üçün mobil telefonda *195* istifadəçi kodu*şifrə# yığılmaqla “YES” (məsələn: *195*00000541*121756#YES) düyməsi sıxılmaqla nömrə qeydiyyatdan keçirilməlidir.

Nömrə qeydiyyatdan keçirildikdən sonra xidmətə abunə olmadan 8195 nömrəsinə: 

8195 nömrəsinə göndərilmiş hər sorğuya görə nömrənin balansından 10 qəpik xidmət haqqı tutulur.

Xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən START yazıb 8195 nömrəsinə SMS göndərilməlidir.

Bu zaman Sizə aşağıdakı hallar olduqda müvafiq məzmunlu SMS göndərilir və:

1
Büdcəyə ödəniş etdikdə
2
Yeni borc yarandıqda
3
Təqdim edilmiş bəyannamə üzrə vergi hesablandıqda
4
Bəyannamə üzrə uyğunsuzluq yarandıqda
5
Təqdim edilməli bəyannamələr olduqda
6
Fəaliyyəti dayandırdıqda
7
Fəaliyyəti aktivləşdikdə
8
Cari vergi ödəmələri barədə arayış təqdim etdikdə
9
Cari vergi ödəmələrinin hesablanması barədə
10
Ləğv bəyannamələri göndərildikdə
11
Növbəti səyyar vergi yoxlaması açıldıqda
12
Əlavə vergi məbləği hesablandıqda
13
İnternet Vergi İdarəsində olan elektron qutuya sənəd daxil olduqda
14
Maliyyə sanksiyası tətbiq edildikdə
15
Təsərrüfat subyekti qeydiyyata alındıqda
16
Təsərrüfat subyekti qeydiyyatdan çıxarıldıqda
17
Təqdim edilən bəyannamədə göstərilən fəaliyyət növü ilə bazada olan fəaliyyət növləri arasında uyğunsuzluq olduqda
18
ƏDV qeydiyyatına alındıqda
19
NKA qeydiyyata alındıqda
20
NKA qeydiyyatdan çıxarıldıqda
21
Şəhadətnamə-dublikatın alınması barədə ərizə göndərildikdə

Abunə olmuş vergi ödəyicilərinin nömrəsinin balansından ayda 1 manat 18 qəpik abunə haqqı tutulur.

Bu xidmətdən Azercell, Bakcell və Nar Mobile mobil operatorlarının abonentləri istifadə edə bilər.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.