Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
195

Xidmətlərdən istifadə qaydası  

 

Çağrı Mərkəzinin xidmətlərindən stasionar (şəhər, kənd) telefonlardan habelə, «Azercell», «Bakcell» və «Narmobayl» nömrələrindən birbaşa «195» nömrəsini yığaraq istifadə edə bilərsiniz.

195 nömrəsi yığıldıqdan sonra 1 düyməsini seçməklə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

195 nömrəsinə zəng edərkən telefon ton rejimində işləməlidir. Əgər 195-ə zəng edib 1 düyməsini seçdikdən sonra əlaqə kəsilirsə bu sizin telofonunuzun ton rejimində işləməməsi ilə əlaqəlidir. Bu zaman 195-ə zəng etdikdən sonra 1 düyməsi seçilməzdən öncə * (ulduz) düyməsini sıxmaqla telefonu ton rejiminə keçirmək olar.
 

Qeyri-iş saatlarında xidmətdən istifadə qaydası

 

Qeyri-iş saatlarında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət etmiş şəxslərə Azərbaycan, Rus və İngilis dillərində olmaqla 3 dil seçimi təklif olunur.

Bu zaman müraciət etmiş şəxslər avtomatik rejimdə vergi növləri barədə məlumat əldə edə bilər, vergi borcunu öyrənə bilər və ya verilən məlumatlar kifayət etmədikdə növbəti iş günündə onlarla Çağrı Mərkəzinin əməkdaşı tərəfindən əlaqə yaradılması üçün müraciət edə bilərlər.

Növbəti iş günündə onlarla Çağrı Mərkəzinin əməkdaşı tərəfindən əlaqə yaradılmasını istəyən şəxslər 3 düyməsini seçməklə səsli menyunun istiqamətləndirici köməyi ilə təkrar əlaqə üçün stasionar (şəhər, kənd) nömrələrini və digər zəruri məlumatları sistemə daxil etməlidirlər.

 Səsli menyunun hər hansı menyusundan istifadə edərkən «0» düyməsini seçməklə zəng sifarişi menyusuna bağlana bilərsiniz.

 

Qeyri-iş saatlarında Çağrı Mərkəzinin xidmətlərindən istifadə sxemi

 








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.