Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
195

Xidmətlərdən istifadə qaydası  

 

Çağrı Mərkəzinin xidmətlərindən stasionar (şəhər, kənd) telefonlardan habelə, «Azercell», «Bakcell» və «Narmobayl» nömrələrindən birbaşa «195» nömrəsini yığaraq istifadə edə bilərsiniz.

195 nömrəsi yığıldıqdan sonra 1 düyməsini seçməklə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

195 nömrəsinə zəng edərkən telefon ton rejimində işləməlidir. Əgər 195-ə zəng edib 1 düyməsini seçdikdən sonra əlaqə kəsilirsə bu sizin telofonunuzun ton rejimində işləməməsi ilə əlaqəlidir. Bu zaman 195-ə zəng etdikdən sonra 1 düyməsi seçilməzdən öncə * (ulduz) düyməsini sıxmaqla telefonu ton rejiminə keçirmək olar.

 

İş günləri saat 09:00-dan saat 18:00-dək xidmətdən istifadə qaydası

 

İş günləri saat 09:00-dan saat 18:00-dək Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət etmiş şəxslərə 3 seçim təklif olunur ki, bunlardan ilk ikisi seçilməklə Çağrı Mərkəzinin əməkdaşı ilə birbaşa əlaqə yaratmaq mümkündür.

Belə ki, vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi barədə sualınız və ya vergi qanunvericiliyinin pozulması halları, o cümlədən vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barədə şikayətiniz varsa «1» düyməsini seçirsiniz. Bu zaman ümumi menyu sxemi «195-1-1» olacaqdır. Müraciətiniz sual xarakterli olduqda əməkdaşımız tərəfindən dərhal cavablandırılacaq, dərhal tam əhatəli cavab vermək mümkün olmadıqda sizdən zəruri məlumatlar (müraciət edənin adı, atasının adı, soyadı, VÖEN (vergi ödəyicisi olduğu təqdirdə), ünvanı, telefon nömrəsi) götürülməklə müraciət vərəqəsi tərtib ediləcək və ən qısa müddətdə araşdırılaraq nəticəsi barədə sizə məlumat veriləcəkdir. Müraciətiniz şikayət xarakterli olduqda təmsilçi tərəfindən sizdən zəruri məlumatlar alınmaqla şikayət vərəqəsi tərtib edilərək araşdırılmaya göndəriləcəkdir.

Vergilər Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərdən (www.taxes.gov.azwww.e-taxes.gov.az internet səhifələrindən) istifadə zamanı köməyə ehtiyacınız olduqda «2» düyməsini seçirsiniz. Bu zaman ümumi menyu sxemi «195-1-2» olacaqdır.

Vergi borcunuzu öyrənmək istədikdə isə «3» düyməsini seçirsiniz. Bu zaman ümumi menyu sxemi «195-1-3» olacaqdır. Göstərilən əməliyyatı apardıqdan sonra VÖEN-i yığmalı və “#”düyməsini sıxmalısınız.

Səsli menyunun hər hansı menyusundan istifadə edərkən «0» düyməsini seçməklə birbaşa Çağrı Mərkəzinin əməkdaşı ilə canlı rejimdə əlaqə yarada bilərsiniz.

 

İş günləri saat 09:00-dan saat 18:00-dək Çağrı Mərkəzinin xidmətlərindən istifadə sxemi








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.