Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!

Fevral ayının güzəştlərinin bitməsinə
son 4 gün qaldı!

 


Axtar
az|рус|eng
Bir Pəncərə

>Qeydiyyat

>E-qeydiyyat

>Axtarış


>İqtisadi fəaliyyət növləri təsnifatı (İFNT)

>Vergi təqvimi
Dövlər rüsumunu hara köçürməli?
Kommersiya hüquqi şəxsin adının bron (rezerv) edilməsi
Qeydiyyat zamanı eyni adlı hüquqi şəxsin olub olmamasını YOXLA

Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında AR Prezidentinin Sərəncamı (N 2458, 25.10.2007)

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu 12.12.2003 (¹ 560-IIQ)

“Kommersiya hüquqi şəxsin adının bron (rezerv) edilməsi” xidməti

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı proseduralarının təkmilləşdirilməsi məqsədilə, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Kommersiya hüquqi şəxsin adının bron (rezerv) edilməsi” xidməti istifadəyə verilmişdir. Bu xidmət vasitəsilə yerli investisiyalı kommersiya hüquqi şəxsi (məhdud məsuliyyətli cəmiyyət) təsis edən vətəndaşlara e-qeydiyyata alınacaq hüquqi şəxs üçün seçdikləri adın vergi orqanında 60 gün müddətində bron (rezerv) etdirmək imkanı yaradılacaqdır.

Yalnız Asan-imza sahiblərinə göstərilən bu xidmət vasitəsilə vahid zaman kəsiyində hər bir şəxs tərəfindən yalnız bir ad bron edilə bilər, yəni “gözləmədə” olan bron olunmuş ad təyinatı üzrə istifadə edildikdə və ya bronun qüvvədə olduğu müddət (60 gün) bitdikdə həmin şəxs tərəfindən yeni ad bron edilə bilər. Bron olunma müddəti kommersiya hüquqi şəxsi üçün seçilmiş adın vergi orqanı tərəfindən brona qəbul edildiyi gündən hesablanır.

Bron qüvvədə olan müddətdə bron edilmiş ad “Eyni adlı hüquqi şəxsin olub-olmamasının yoxlanılması” xidmətinə də əlavə ediləcək və onun digər istifadəçilər tərəfindən təkrar seçilməsinə yol verilməyəcəkdir.

 

Hüquqi şəxsin adının bron (rezerv) edilməsi” xidməti barədə Təlimat 



Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.