Hörmətli vergi ödəyicisi !
Siz artıq aşağıdakı ərizələri vergi orqanına İnternet Vergi İdarəsi saytı vasitəsilə elektron şəkildə təqdim edə bilərsiniz.Ərizələri hazırlamaq üçün öncə istifadəçi kodu, parol və şifrənizi daxil etməklə sistemə daxil olun və e-Kargüzarlıq menyusu vasitəsilə müvafiq ərizəni seçin. Hal-hazırda aşağıdakı ərizə formaları istifadəyə verilmişdir:
Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə
Bank hesabı açmaq üçün ərizəni dolduraraq göndərdikdən sonra müvafiq bildiriş alacaqsınız. Əgər hesab açmaq istədiyiniz bankla Vergilər Nazirliyi arasında elektron sənəd mübadiləsi mövcuddursa, onda şəhadətnamə-dublikat almaq üçün vergi orqanına müraciət etməyə ehtiyac qalmır. Siz bildirişdə göstərilən müddətdə birbaşa banka müraciət edə bilərsiniz, əks halda çap etdiyiniz bildiriş əsasında qeydiyyatda olduğunuz vergi orqanından şəhadətnamə-dublikat götürərək, müvafiq banka müraciət etməlisiniz.
Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə
ƏDV qeydiyyatı üçün ərizəni dolduraraq göndərdikdən sonra bildiriş alacaqsınız. Siz bildirişdə göstərilən müddətdə çap etdiyiniz bildiriş əsasında qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməlisiniz.
Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi olan bankların siyahısı
"Azərbaycan Respublikasının Milli Bankı, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və banklar arasında elektron sənəd mübadiləsi haqqında KOLLEKTİV SAZİŞ" -ə qoşulmuş bankarın siyahısı:
1. AZƏRDƏMİRYOLBANK SB ASC
2. TEXNİKABANK ASC
3. RABİTƏBANK