| Vergilər
Nazirliyi Vergi borclarının məcburi alınması
işinin təşkili idarəsi
Rəis: Qəhrəmanov Bəxtiyar Dağıstan oğlu,
Baş vergi xidməti müşaviri
Vergilər Nazirliyi Vergi borclarının məcburi
alınması işinin təşkili idarəsinin
funksiyaları:
Müəyyən edilmiş müddətlərdə
ödənilməmiş vergilərin, faizlərin
və tətbiq edilmiş maliyyə sanksiyalarının,
təqdim edilməmiş bəyannamələrin vergi
orqanları tərəfindən məcburi alınması
işlərini təşkil etmək,
Kəsilmiş inzibati cərimələrin alınması
sahəsində tədbirlərin görülməsini
təmin etmək,
Vergi orqanlarının ödənilməmiş vergilərin,
faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalaranın
və kəsilmiş inzibati cərimələrin alınması
sahəsində fəaliyyətinə nəzarəti
həyata keçirmək,
Vergi orqanlarında vergi borclarının məcburi
alınması sahəsində vergi qanunvericiliyinin
və digər normativ-hüquqi aktların tələblərinə
tam və düzgün riayət edilməsini təmin
etmək;
Vergi orqanları tərəfindən vergi ödəyicilərinin
vergilər, faizlər və tətbiq edilmiş maliyyə
sanksiyaları, habelə inzibati cərimə məbləğləri
üzrə alınması ümidsiz olan borcların
silinməsi işinə nəzarət etmək.
Vergi orqanları tərəfindən hüquqi şəxslərə
güzəştlərin verilməsinə nəzarət
etmək.
Özəlləşdirilən müəssisələrin
borclarının qanunvericilikdə nəzərdə
tutulmuş qaydada silinməsini həyata keçirmək,
Vergi borclarının və bəyannamələrin
məcburi alınması işi ilə əlaqədar
hüquqi və fiziki şəxslərdən daxil
olmuş sorğu və şikayətlərə baxmaq,
zəruri tədbirlərin görülməsi məqsədi
ilə rəhbərlik qarşısında məsələlər
qaldırmaq,
Vergi ödəyicilərinin qanunla müəyyən
edilmiş hüquqlarının və qanuni mənafelərinin
qorunmasını təmin etmək,
Vergi borclarının məcburi alınması
işi ilə əlaqədar məhkəmə orqanlarında
Vergilər Nazirliyini təmsil etmək;
geriyə
|