| Vergilər
Nazirliyinin Audit baş idarəsi
Rəis: Nəbiyev Müsavər Nəbi oğlu,
Baş vergi xidməti müşaviri
Vergilər Nazirliyinin Audit baş idarəsinin funksiyaları:
- Dövlət vergi orqanları tərəfindən
səyyar vergi yoxlamalarının və operativ vergi
nəzarətinin Azərbaycan Respublikasının
Vergi Məcəlləsinin tələblərinə
tam riayət olunmaqla keçirilməsinə nəzarət
işlərini təmin etmək,
- Vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları
toplamaq, təhlil etmək, qiymətləndirmək
və belə halların baş verməsinə gətirib
çıxaran səbəblərin və şəraitin
aradan qaldırılması üçün müvafiq
tədbirlər görmək.
- Vergi ödəyicilərinin hüquqlarının
və qanuni mənafelərinin qorunmasını təmin
etmək.
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
və digər qanunvericilik aktları ilə vergi orqanlarının
təyinatına uyğun olaraq müəyyən edilmiş
digər vəzifələri həyata keçirmək.
geriyə
|