| Vergilər
Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar
Baş idarəsi
Rəis vəzifəsinin səlahiyyətlərini icra edən:
Həmid Hamlet oğlu Zeynalov
Baş vergi xidməti müşaviri
Vergilər Nazirliyi Vergi siyasəti və strateji
araşdırmalar Baş İdarəsinin funksiyaları:
Vergi siyasətinin əsas istiqamətlərini
müəyyən etmək və vergi qanunvericiliyinin
təkmilləşdirilməsi üzrə strateci araşdırmalar
aparmaq,
Vahid vergi siyasətinin həyata keçirilməsi
istiqamətində Vergilər Nazirliyi ilə Azərbaycan
Respublikasının qanunverici və icra hakimiyyəti
orqanları arasında əlaqələndirmə işini
təşkil etmək,
Beynəlxalq vergi münasibətlərinin
tənzimlənməsində iştirak etmək, xarici
ölkələrin vergi qanunvericiliyinin öyrənilməsini
və qabaqcıl təcrübənin tətbiqini təmin
etmək;
Dövlət vergi sisteminin normativ və
metodoloci bazasını müasir qanunvericiliyin tələblərinə
uyğunlaşdırmaq;
Vergi qanunvericiliyinin tətbiqinin vəziyyəti
ilə əlaqədar monitorinqlərin keçirilməsini
təşkil etmək;
Vergilər Nazirliyində keçirilən
müşavirələrin, görüşlərin
və kollegiya iclaslarının təşkilində
iştirak etmək;
Vergilər Nazirliyinin əmr, sərəncam
və göstərişlərinin vaxtında, tam və
keyfiyyətlə icra olunmasını, habelə qanunvericilikdə
nəzərdə tutulmuş digər funksiyaların
həyata keçirilməsini təmin etmək.
geriyə |