Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi

Rəis: Fətizadə Zaur İntiqam oğlu,
Baş vergi xidməti müşaviri

Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin funksiyaları:

Vergi ödəyicilərinin uçotunun, onların vahid dövlət və ƏDV ödəyicilərinin reyestrinin aparılması,

Vergi orqanlarının fəaliyyəti ilə əlaqədar hesabat göstəriciləri sisteminin və hesabatların tərtib edilməsi qaydalarının hazırlanması;

Vergi və digər tədiyələr üzrə daxilolmaların uçotunun aparılması, daxilolmaların təhlil edilməsi və bununla əlaqədar məlumatların hazırlanması,

Statistik məlumatların hazırlanması üçün müvafiq məlumatların əldə edilməsinin təmin olunması,

Vergilərin və digər tədiyələrin vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə işlənilməsinə nəzarətin həyata keçirilməsi.

Vergi orqanları tərəfindən bəyannamələrin kameral qaydada yoxlanılması işlərinin təşkil edilməsi.

Bəyannamələrin kameral yoxlanılması zamanı vergi qanunvericiliyinin pozulması və vergidən yayınma hallarını doğuran səbəblərin araşdırılması və belə halların aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi. Kommersiya (vergi) sirrini təşkil edən məlumatların qorunmasının təmin edilməsi;

Vergi ödəyicilərinin qarşılıqlı əlaqələri barədə məlumatlara əsasən vergilərin ödənilməsindən yayınan şəxslərin aşkar olunması.

Vergidənyayınma hallarının qarşısının alınmasını təmin edən tədbirlərin hazırlanması və yerinə yetirilməsi.

Büdcəyə daxilolmaların artırılması məqsədilə yeni mənbələrin aşkar edilməsi.

Vergi münasibətlərini tənzimləyən qanunvercilik aktlarının layihələrinə dair təkliflər verilməsi.

 

geriyə