| Daxili
audit baş idarəsi
RÉ™is: Əliyev Vüqar Cəlal
oğlu,
Baş vergi xidməti müşaviri
Vergilər Nazirliyi Daxili audit baş idarəsinin
funksiyaları:
-Nazirliyin struktur vahidlərinin və bölmələrinin,
habelə onların vəzifəli şəxslərinin
fəaliyyətinə səlahiyyətləri daxilində
ümumi nəzarəti təşkil edir.
- Nazirliyin struktur vahidləri, bölmələri
və onların vəzifəli şəxsləri
tərəfindən onların fəaliyyətini tənzimləyən
normativ-hüquqi və digər idarəetmə aktlarının,
nazirliyin normativ və idarəetmə aktlarının
tələblərinə əməl olunmasına nəzarəti
təşkil edir.
- Daxil olmuş məlumatlar əsasında nazirliyin
sturuktur vahidlərində və bölmələrində
yoxlamalar aparır və nəticələri ilə
əlaqədar nazirliyin rəhbərliyinə təkliflər
verir.
- Keçirilmiş yoxlamaların, monitorinqlərin,
reydlərin və digər nəzarət tədbirlərin
nəticələrini təhlil edir, struktur vahidlərinin
və bölmələrinin fəaliyyətinin səmərəliliyinin
artırılması məqsədilə nazirliyin rəhbərliyinə
təkliflər verir.
- Nazirliyin struktur vahidlərində və
bölmələrində xidmət, əmək, icra
intizamına və daxili intizam qaydalarına əməl
olunmasına nəzarəti edir.
geriyə
|